Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 16
  • Bakıda “XIX Əsr İrəvan Mətbəxi” Kitabının Təqdimatı Keçirildi

Bakıda “XIX Əsr İrəvan Mətbəxi” Kitabının Təqdimatı Keçirildi

admin 16 Oktyabr 2025 4 minutes read
Изображение WhatsApp 2025-10-15 в 23.48.45_245ad3dc
PAYLAŞIN:

15 oktyabr 2025-ci il tarixində Bakıda, “Xanədan” etno-restoranında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “XIX əsr İrəvan Mətbəxi” Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hazırlanmış eyniadlı kitabın təqdimat mərasimi keçirilib. Tədbir 20 Oktyabr – Beynəlxalq Kulinariya Gününə həsr olunub.

Təqdimatda alimlər, tədqiqatçılar, ictimai xadimlər, tələbələr və kulinariya sahəsində çalışan 150-yə yaxın şəxs iştirak edib.

Tədbirdə çıxış edənlər arasında kitabın müəllifi, Əməkdar Mədəniyyət İşçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Tarixi Etnologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova, institutun “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri, t.ü.f.d., dosent Cəbi Bəhrəmov, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru Abbasqulu Nəcəfzadə, QHT Əməkdaşlıq Alyansı, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Səbinə Həciyeva, mərkəzin müəllimləri Rəsmiyyə Allahverdiyeva və Leyla Rəhimli, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, QHT Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, rəssam Nigar Əliyeva, Elmira Hüseynova və Paraqraf.com xəbər portalının təsisçisi Turanə Səfərəva da yer alıblar.

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə təşkil etdiyi aşpazlıq və qənnadıçılıq kurslarının müdavimləri, eləcə də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri XIX əsr İrəvan mətbəxinə aid yemək və şirniyyat nümunələrini sərgiləyiblər. Onlar xüsusi sertifikatlarla təltif olunublar.

Tədbirin sonunda kitabların imzalanması və paylanması mərasimi keçirilib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və layihə rəhbəri Aynurə Əmiraslanova tərəfindən hazırlanmış “XIX əsr İrəvan Mətbəxi” kitabı Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşmış və zaman-zaman mənimsənilməyə çalışılmış milli kulinariya nümunələrinin bərpasına və tarixi-etnoqrafik tədqiqinə həsr olunub.

208 səhifəlik bu nəşr 85 elmi və tarixi mənbəyə əsaslanaraq, 1884-cü ildə İrəvanda doğulmuş və 1913–1922-ci illərdə orada yemək və şirniyyat dükanına sahib olmuş usta Əliqulu Zeynalovun əlyazmaları əsasında ərsəyə gətirilib. Kitabda 97 adda xörək, şirniyyat və içki resepti, onların hazırlanma qaydaları, arxiv şəkillər, miniaturlar, rəsmlər və dövlət poçt markaları yer alır.

Kitabın üz qabığı rəssam Nigar Əliyeva tərəfindən hazırlanıb. Ön söz müəllifi isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevadır.

Kitabın rəyçiləri:

Texnika elmləri doktoru, professor, LDU-nun rektorunun müşaviri Mikayıl Məhərrəmov

AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Tarixi Etnologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova

“Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhrəmov

“XIX əsr İrəvan Mətbəxi” kitabı yalnız kulinariya həvəskarları üçün deyil, həm də alimlər, tarixçilər, mədəniyyət sahəsinin tədqiqatçıları üçün zəngin və etibarlı bir mənbə hesab olunur. Bu nəşr, eyni zamanda, İrəvanda formalaşmış milli kulinariya irsimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Paraqraf.com

Loading

Visited 48 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel müzakirəsi keçirilib
Next: Qəlbində Yaşayan Səs

OXŞAR MÖVZULAR

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026
17045b47-6174-3cb7-b9d5-2beef65c2369_1200

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.