Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/Uncategorized/Azərbaycan sülhməramlıları Qəzzaya gedir?
Uncategorized

Azərbaycan sülhməramlıları Qəzzaya gedir?

16 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Qəzzaya sülhməramlı qüvvə göndərə bilər.

Bu barədə “Politico” nəşri ABŞ-nin Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksəkvəzifəli nümayəndəsinə və keçmiş müdafiə rəsmisinə istinadən məlumat yayıb.

Belə ki, Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə qatılmağa Azərbaycan, Pakistan və İndoneziyanın maraq göstərdiyi iddia olunur.

Bundan başqa, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin Qəzzada yaradılacaq çoxmillətli əməliyyat qrupunda iştirak etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan indiyə kimi Kosovo, İraq, Əfqanıstan və Cənubi Sudana sülhməramlı kontingent göndərib.

Maraqlıdır, ölkəmiz Qəzzaya da sülhməramlı kontingent göndərəcək?

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan indiyə kimi bir çox ölkədə sülhməramlı missiyada iştirak edib:

 

“Azərbaycan sülhməramlıları indiyə kimi Kosovo, İraq, Əfqanıstan və Cənubi Sudanda uğurla iştirak edib. NATO tərəfindən də sülhməramlılarımızın fəaliyyəti yüksək qiymətləndirilib.

Qəzzada belə bir missiyanın olacağı təqdirdə, Azərbaycanın da orada iştirakı mümkündür. Böyük ehtimalla, Qəzzadakı beynəlxalq sabitlik qüvvələrində iştirak edəcəyimizi düşünürəm”.

Ekspert qeyd edib ki, Azərbaycan sülhməramlılarının Qəzzada iştirakını tərəfaş ölkələr də istəyirlər:

“Həm də bunun mənəvi tərəfi də var. Bir müsəlman dövləti olaraq Azərbaycanın bu missiyada iştirakı çox mühümdür. Hərbçilərimiz Qəzzada sülh yaratma missiyasında uğurla iştirak edə bilərlər. Bu ehtimal çox yüksəkdir. Mən qalib Azərbaycan Ordusunun nümayəndələrinin Qəzzada olmasına müsbət yanaşıram”.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Başlıq: “Təbiət Dərsi: Dəniz Kənarında Bir Yay Xatirəsi”

Next

Göyçay rayonunun Cırqurd kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved