Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Xalq artisti Ramiz Quliyevin dəfn olunacağı yer məlum olub – YENİLƏNİB
MƏDƏNİYYƏT

Xalq artisti Ramiz Quliyevin dəfn olunacağı yer məlum olub – YENİLƏNİB

15 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi 16 oktyabr tarixində saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Xalq artisti Ramiz Quliyev vəfat edib.

Bu barədə APA-ya onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.

Əyyub Quliyev atasının müalicə olunduğu xəstəxanada səhər saatlarında vəfat etdiyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, Ramiz Quliyev 1947-ci ildə Ağdam rayonunda anadan olub. 1960-cı ildə Üzeyir Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

1974–1992-ci illər ərzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.

Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və s. ölkələrdə konsertlər verib.

“İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq uğurlu səhnə fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Şərəf” , “Şöhrət”, ordenləri, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“5-ci kolon”un müxalifət cinahı: “Boz kardinal”ın əli ora da uzanıb

Next

Bakıda Türkmənistan Mədəniyyəti Günlərinə həsr olunmuş konsert – FOTO

Copyright 2026— Praqraf.com. All rights reserved