Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 15
  • Razi Nurullayev Sərdar Cəlaloğluna: “Siyasi meyit”

Razi Nurullayev Sərdar Cəlaloğluna: “Siyasi meyit”

admin 15 Oktyabr 2025 4 minutes read
1760531149176948707468ef92cd4a2e8
PAYLAŞIN:

Azərbaycan siyasətinin uzunömürlü, lakin ürəkbulandıran fiqurlarından biri olan Sərdar Cəlaloğlu artıq illərdir Demokrat Partiyasının sədri kimi çıxış edir. 

Lakin onilliklər boyu fəaliyyətə baxmayaraq,  rəhbərlik etdiyi partiyaya nə sosial baza formalaşdıra bilib, nə də ictimai rəydə ciddi etimad qazanıb. Bu, təkcə siyasi şəraitlə bağlı deyil. Cəlaloğlunun öz siyasi davranışları, qeyri-sabit mövqeləri və prinsipiallıqdan uzaq çıxışları bunun əsas səbəblərindəndir. 

Adam nə ixtisası olan “morq”, yəni ölüxana sahəsində nəticə əldə edə bilib, nə də siyasət sahəsində. Boş-boş danışmaqdan başqa bacardığı iş yoxdur. Yazdıqları kitablar da plagiat. İnana bilmərəm ki, bir nəfər belə onun yazdığı kitabı 2-3 səhifədən o yana oxuya bilib.

Sərdar Cəlaloğlu ixtisası kimi, siyasi meyitdir. Neçə dəfə deputatlığa namizədliyini verib, danışıqlara gedib, iqtidar kabinetlərində əməkdaşlıq etdiyi siyasətçiləri, “dost” dediyi adamları satıb, amma yenə də nə yarındığı iqtidarın, nə də seçicilərin etimadını qazana bilib. Gəlib çatıb ahıl yaşına, amma təəssüf ki, özünü ahıl adam kimi apara bilmir. 

Sərdar Cəlaloğlu ictimai müstəvidə özünü prinsipial və düz danışan siyasətçi kimi təqdim etməyə çalışır. Amma reallıqda onun çıxışları çox zaman populist, məqsədyönlü və dəyişkən xarakter daşıyır. Bir gün iqtidara qarşı sərt danışır, ertəsi gün həmin iqtidarın siyasətini dolayı yolla müdafiə edən fikirlər səsləndirir. Bu ziddiyyətli yanaşma onu nə iqtidar, nə də müxalifət düşərgəsində etibarlı tərəfdaş kimi görməyə imkan verir.

Cəlaloğlunun son zamanlar “siyasi dialoqdan çıxması” barədə bəyanatı da onun səmimiyyətinə kölgə salır. Əgər doğrudan da demokratik dəyərlərə inanırsa, dialoqdan imtina etməsi bu prinsiplərlə ziddiyyət təşkil edir.

Siyasi dialoq cəmiyyətin irəliləyişi üçün vasitədirsə, ondan qaçmaq yalnız şəxsi maraqlara xidmət edir. Fikrimcə, bu addım Cəlaloğlunun diqqət mərkəzində qalmaq, öz siyasi mövqeyini “zərbə altında lider” obrazı ilə qorumaq cəhdidir.

Ondan lider olar? 37 ildir lider ola bilməyib, indi 70 yaşından sonra olacaq? Xalq üçün zərrə qədər də əməyi olmayıb. Barmağını qatlasın görək kimin üçün nə edib? Mən deyim o, nə edib? Çömçə kimi ara qarışdırıb.

Adı da gərək elə “çömçə” olsun.

Uzun illərdir siyasətdə olan bir şəxs kimi real dəyişikliklərə, təşkilati inkişaflara, yeni ideyalara imza atmayıb. Lakin, hələ də televiziyalarda və mətbuatda özünü “müxalifətin səsi” kimi göstərməyə çalışır. Bu, siyasi şəffaflıqdan çox, şəxsi eqo və özünüreklamın göstəricisidir.

Azərbaycanın demokratik gələcəyi real, şəffaf və məsuliyyətli siyasətçilərə ehtiyac duyur. Cəlaloğlu kimi illərlə xalqın etimadını qazana bilməyən, amma özünü dəyişməz lider kimi göstərən fiqurlar artıq bu prosesin qarşısında əngələ çevriliblər.

Onun fəaliyyəti siyasi mədəniyyətin inkişafına deyil, onun aşınmasına xidmət edir. Əgər o, doğrudan da demokratik dəyərləri qorumaq istəyirsə, ilk növbədə öz siyasi davranışlarını bu dəyərlərə uyğunlaşdırmalıdır.

Razi Nurullayev, Milli Cəbhə Partiyasının sədri, millət vəkili

Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Məşhur general işdən azad edildi
Next: Almaniya Ukraynaya 2 milyard avro hərbi yardım edəcək

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.