Səhər rutinimiz kiçik bir hekayənin başlanğıc cümləsi kimidir, gedişat necə olacaq bax buradan görünür. Bəzilərimiz günü idarə edir, günlər öncədən planlayır, bəzilərimiz isə axarına buraxır. Səhərlər günümüzün ən sakir hissəsini təşkil edir. Səhərimizi necə açırıqsa günümüz eləcə də davam edir.
Səhərlər beynimiz və bədənimiz müəyyən bir gecə yuxusundan sonra oyanır. Tədqiqatlara görə, erkən oyanan, müəyyən səhər vərdişlərinə sahib insanlar gün içində daha çox məhsuldar olur. Sadə vərdişlər- yatağımızı toplamaq, bir fincan çay yaxud qəhvə içmək, on dəqiqəlik yürüyüş- bədənimizə “mən artıq günə hazıram” mesajı verir.
Səhər rutinləri ilə biz günün axarına tabe olmur, günə özü istiqamətini veririk. Bu da psixoloji baxımdan azadlıq və sabitlik hissi yaradır. İnsan səhəri planla başlayanda, xaosu idarə etməyi öyrənir.
Bəzən deyirlər: “Vaxtım yoxdur.” Amma vaxt heç vaxt tapılmır, vaxt yaradılır. Bunun üçün bir az iradə, bir az da dəyərləri dəyişmək gərəkir. Günün ilk 30 dəqiqəsi telefon yox, özün üçün olsa — həyat tədricən dəyişməyə başlayır.
Səhər rutini təkcə fiziki deyil, ruhi nizam yaradır. Həyatdakı balans, səbr, motivasiya — hamısı bu sakit başlanğıclardan yaranır. Və insan öz səhərini dəyişəndə, tədricən bütün həyatını dəyişir.
Çünki hər böyük dəyişimin başlanğıcı sadə bir addımdır: oyanmaq… və yeni günə şüurlu şəkildə, ümidlə başlamaq.
M.Mehdiyeva
![]()
