Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İsrail səfiri: “Zaman keçdikcə, daha çox insan vaxtilə didərgin düşdüyü doğma yurduna qayıdacaq”
SİYASƏT

İsrail səfiri: “Zaman keçdikcə, daha çox insan vaxtilə didərgin düşdüyü doğma yurduna qayıdacaq”

12 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Zaman keçdikcə, daha çox insan vaxtilə didərgin düşdüyü doğma yurduna qayıdacaq.

Paraqraf.com “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz deyib.

O, Azərbaycanın azad edilmiş ərazilərinə ilk dəfə gəldiyini, bundan məmnun olduğunu vurğulayıb:

“Şuşa haqqında çox eşitmişdim, şadam ki, o şəhərdə oldum. Xatırlayıram, Prezident İlham Əliyevlə ilk görüşümüzdə demişdim ki, mümkün olan qısa müddətdə Qarabağa səfər edəcəyəm. Bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini, sürətli inkişafı görmək çox xoşdur.

Səfərimiz zamanı bir çox kənd və şəhərlərin münaqişə dövründə məruz qaldığı dağıntıları da gördük. Lakin buralarda icra olunan infrastruktur layihələri, yeni yollar, tunellər və körpülərin inşası, həmçinin başqa işlər insanda unudulmaz təəssürat yaradır. Fikrimcə, bir vaxtlar öz yurdundan didərgin düşmüş daha çox insan zaman keçdikcə, öz doğma torpaqlarına qayıdacaq”.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

20-20-20 Qaydası ilə Göz Sağlamlığınızı qoruyun

Next

Donald Tramp israilli girovlardan danışıb

Copyright 2026— Praqraf.com. All rights reserved