Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Ekoloji maariflənmə niyə vətənpərvərlik qədər vacibdir?
CƏMİYYƏT

Ekoloji maariflənmə niyə vətənpərvərlik qədər vacibdir?

12 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Vətən sevgisi əzbərə olan qəliblərlə ölçülmür. Vətənə sevgini hər gün, hər davranışda göstərmək mümkündür — ağacı qırmamaqla, suyu israf etməməklə, tullantını yerə atmamaqla. Bu baxımdan ekoloji maariflənmə vətənpərvərliyin ayrılmaz parçasıdır.

Təbiəti qoruyanda, əslində, torpağımızı, gələcəyimizi, övladlarımızı qoruyuruq. Ancaq təəssüf ki, hələ də bir çoxları təbiətə münasibəti məsuliyyət yox, rahatlıq üzərindən qurur: “hamı belə edir”, “bir mən atsam nə olacaq” düşüncəsi planetin yaralarını dərinləşdirir.

Ekoloji savadlılıq təkcə təbiəti tanımaq deyil — düşüncə tərzi formalaşdırmaqdır. Uşaqlar və gənclər təbiəti sadəcə fənn kimi yox, dəyər kimi öyrənməlidirlər. Çünki əgər gənc bir ağacın kökünü qorumağı bacarırsa, sabah torpağını da qoruyacaq; əgər suya hörmətlə yanaşırsa, sabah onun uğrunda da dayanacaq.

Bəzən unuduruq ki, vətənpərvərlik yalnız sərhədləri qorumaq deyil, Vətənin içindəki həyatın davamlılığını təmin etməkdir. Təmiz hava, saf su, yaşıllıq — bunlar da milli sərvətdir. Bu sərvətləri qorumaq üçün təhsil sistemində ekoloji düşüncə uşaq yaşlarından formalaşmalıdır. Məktəblərdə təbiətə yönəlik layihələr, ağacəkmə aksiyaları, ekoloji təcrübələr və yerli ekosistemi tanıdan dərslər bu işin başlanğıcı ola bilər.

Nəticə etibarilə, ekoloji şüur və vətən sevgisi bir-birindən ayrı deyil. Təbiətinə biganə qalan xalq, vətəninə də tam sahib çıxa bilməz. Vətən sevgisi torpağı qucaqlamaqla yox, onu yaşatmaqla ölçülür.

M.Mehdiyeva

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ərdoğan Qəzza zolağına səfər etmək niyyətindədir

Next

İlham Əliyev İspaniya Kralını təbrik edib

Copyright 2026— Praqraf.com. All rights reserved