Quliyev Bəhruz Firuz oğlu 1990-cı ildə Naftalan şəhərində anadan olub.
1995-ci ildə Naftalan şəhəri Səməd Vurgun adına 2 saylı tam orta məktəbinin 1-ci sinfinə qədəm qoyub. Elə həmin məktəbi 2006-cı ildə bitirib.
2007-ci ildə Qazax rayonunun “N” saylı hərbi hissəsində xidmət edib və o, əsgərliyini 2008-ci ildə bitirib.
O, hərbi xidməti başa vurduqdan sonra müəyyən işlərdə çalışsa da, onun arzusu yalnız hərbiçi olmaq idi.
Şəhid Quliyev Bəhruz 2014-cü ilin aprel ayında hərbi kurs keçərək 157 sayli hərbi hissədə MAXE olaraq çalışıb.
Həmçinin Bəhruz Quliyev 2016-ci ildə aprel döyüşlərində də iştirak edib.
O, ailəlimiş və 2 qız övladı da var imiş.
Övladları: Elay Quliyeva-2014-cu il avqustun 13-də, Mədinə Quliyeva isə 2015-ci il noyabrın 2-də anadan olub.
Bəhruz Quliyev 2020 ci il sentyabrn 27-sində baş verən 44 günlük Vətən Müharibəsində də yaxından iştirak etmişdir.
O, 2020-ci ilin oktyabrın 4-də Suqovuşan ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Hətta o, 1 həftə neytral zonada qalıb, oktyabrın 10-da atəşkəs elan olunduqda nəşi çıxarılıbmış.
Quliyev Bəhruz oktyabrın 11-də doğulub, boya-başa çatdığı Naftalan şəhər qəbiristanlığında dəfn olunub.
Ölümündən sonra Ali Baş Komandanımızın fərmanı ilə
Laçının və Suqovuşanın azadlığı uğrunda medalları ilə teltif olunub.
Paraqraf.com ailəsi olaraq, şəhidimizin ailəsi ilə görüşüb, onları ziyarət etdik.
Allah Rəhmət Eləsin!

Türkanə Səfərova
Paraqraf.com
![]()
