Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Mübariz Quliyev: Akademiyamızın 120 məzunu artıq tam peşəkar kimi fəaliyyət göstərə bilər
MANŞETÖZƏL

Mübariz Quliyev: Akademiyamızın 120 məzunu artıq tam peşəkar kimi fəaliyyət göstərə bilər

10 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Bu günə qədər Turan Qastro Turizm Akademiyası 120 nəfər məzunu istehsalata təhvil verib. Onlar aşpaz, barista və turizm agenti üzrə təhsil alıblar”.

Paraqraf.com xəbər verir ki, bunu AFN.az-a açıqlamasında Sumqayıtda fəaliyyət göstərən Turan Qastro Turizm Akademiyasının təsisçisi və direktoru Mübariz Quliyev deyib.

O bildirib ki, “Məktəb-Sənaye Əməkdaşlığı Sumqayıt Modeli” çərçivəsində fəaliyyət göstərən akademiya şəhərdə işsizliyin azaldılması və xidmət sektorunun inkişafına əhəmiyyətli töhfə verəcək strateji layihə olaraq planlaşdırılıb.

O qeyd edib ki, akademiyada gənclərə öz seçimlərinə uyğun olaraq bir neçə ixtisas üzrə beynəlxalq standartlara uyğun peşə təhsili verilir:

“Turan Qastro Turizm Akademiyasının əsas hədəfləri xidmət sektorunda məşğulluğun artırılmasına töhfə vermək, şəhərin gastroturizm potensialını inkişaf etdirmək, beynəlxalq standartlara uyğun təlim proqramları həyata keçirməkdir. Bugünlərdə akademiyanın İngiltərə mənşəli CTH (Confederation of Tourism & Hospitality) Teaching Centre statusunu qazanması da bizim üçün böyük uğur hesab edilir. Bu akreditasiya ilə artıq Azərbaycan turizm mütəxəssisləri Virgin Atlantic, IHG Hotels & Resorts, Sheraton kimi dünya turizm nəhəngləri ilə eyni standartlarda təhsil alır və beynəlxalq səviyyədə tanınan sertifikatlara sahib olur”.

Mübariz Quliyev əlavə edib ki, akademiya tələbələrinə zəmanətli təcrübə imkanları yaradır və məzunlarını birbaşa sektora hazırlayır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və Türkiyə SAT-SAS üzrə ikitərəfli xüsusi təlimlər keçirəcək

Next

Ekoloji maarifləndirmə və zəfər ruhu: “Təbiət və Cəmiyyət” nümunəsi

Copyright 2026— Praqraf.com. All rights reserved