Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Laza kəndində yamac və çay yatağında morfoloji dəyişikliklər olub
HADİSƏ

Laza kəndində yamac və çay yatağında morfoloji dəyişikliklər olub

10 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Coğrafiyaçılar çay hövzələrində landşaft ekoloji tədqiqatlar aparıblar.

Paraqraf.com xəbər verir ki, bu barədə akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu məlumat yayıb.

Oktyabrın 1-dən 8-dək şöbə müdiri Mirnuh İsmayılov olmaqla Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi dosent İrina Kuçinskaya və kiçik elmi işçi Emil Cəbrayılov Vəlvələçay, Qudyalçay və Qusarçay hövzələrində landşaft ekoloji tədqiqatlar aparıblar.

Bildirilib ki, ekspedisiyanın məqsədi müasir iqlim dəyişmələrinin və qəfil sinoptik proseslərin təsiri ilə yaranan landşaft-ekoloji dinamiki tendensiyaları sel, daşqın və sürüşmələr kimi təhlükəli təbiət hadisələrinin və uzunmüddətli dövrdə bunun su ehtiyatlarına təsirinin qiymətləndirmək olub.

Tədqiqatçılar xüsusilə Laza kəndi ərazisində son zamanlar baş verən sürüşmə-sel palçıq axınının tədqiqinə xüsusi diqqət yetiriblər. Burada 2025-ci il sentyabrın 22-də növbəti palçıq-sürüşmə-sel axını baş verib. Oxşar hadisələr bu ərazidə 1993, 2006 və 2019-cu illərdə də müşahidə olunub. Tədqiqat zamanı yamac və çay yatağının morfoloji dəyişiklikləri qeydə alınıb, dağıntıların miqyası və axının ətraf təbii komplekslərə təsiri qiymətləndirilib.

Toplanmış materiallar müasir landşaft – geomorfoloji proseslərin xüsusiyyətlərini dəqiqləşdirməyə imkan verəcək və Böyük Qafqazın şimal-şərq yamacında təbii risklərin azaldılması və dağ ekosistemlərinin mühafizəsi üzrə tövsiyələrin hazırlanmasında istifadə olunacaq.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kadırov müsabiqə elan edib: 10 ədəd “iPhone 17” bağışlayacaq

Next

Uitkoff: “SAXAL Qəzzada qoşunların yenidən yerləşdirilməsinin birinci mərhələsini tamamladı”

Copyright 2026— Praqraf.com. All rights reserved