Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ucuz və keyfiyyətsiz makiyaj vasitələri dəridə fəsadlara yol açır? – AÇIQLAMA
MANŞETÖZƏL

Ucuz və keyfiyyətsiz makiyaj vasitələri dəridə fəsadlara yol açır? – AÇIQLAMA

09 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Günümüzdə bir çox gənc xanım və qızlar görünüşlərini daha da cəlbedici etmək üçün tez-tez makiyaj vasitələrindən istifadə edirlər. Bəzi hallarda isə bu məhsullardan həddindən artıq və düşünmədən yararlanırlar. Xüsusilə ucuz və keyfiyyətsiz makiyaj vasitələrinə üstünlük vermək gələcəkdə ciddi dəri problemlərinə səbəb ola bilər.

Mövzu ilə bağlı dermatoveneroloq Tünzalə Əzizli Paraqraf.com-a açıqlamasında bildirib ki, kosmetik vasitə seçimi zamanı hər kəs çox diqqətli olmalıdır:

“Orijinal və keyfiyyətli məhsullardan istifadə etmək vacibdir. Belə məhsullar dəridə ciddi zərər yaratmır. Lakin keyfiyyətsiz və tərkibi məlum olmayan vasitələrdən istifadə etdikdə dəridə allergik reaksiya, qızartı, qaşınma, akne və hətta xronik ekzema kimi problemlərə yol aça bilər. Buna görə də düzgün seçilmiş məhsullara üstünlük verilməlidir”.

Mütəxəssis qeyd edib ki, ən vacib məqam yalnız məhsul seçimi deyil, həm də dərinin düzgün şəkildə təmizlənməsi və qulluq olunmasıdır:

“Makyaj dəriyə çəkildiyi kimi, vaxtında və doğru üsulla təmizlənməlidir. Sadə makiyajı təmizləmək üçün üzü yuma gelləri, hidrofil yağlar və digər uyğun vasitələrdən istifadə etmək kifayətdir. Lakin ziyafət makiyajı daha qalıcı olduğundan onu bir neçə mərhələdə, daha dərin şəkildə təmizləmək lazımdır”.

Dermatoloqa görə, sağlam dərinin sirri düzgün gündəlik qulluqdan keçir:

“Hər bir dəri tipinin özünəməxsus qulluq rutini var. Ən önəmli addımlar isə təmizləmə, nəmləndirmə və günəş qoruyucu kremlərdən istifadədən ibarətdir. Bu qaydalara düzgün riayət edildikdə, dəridə gözəçarpan yaxşı nəticələr əldə etmək mümkündür”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qəbələdə tarixi zirvə: Zəngəzur dəhlizi türk dünyasını yeni dövrə daşıyır!

Next

“Gənclərin siyasətə marağı: həqiqət, yoxsa formal iştirak?”

Copyright 2026— Praqraf.com. All rights reserved