Şirvan şəhərində ictimai fəaliyyəti ilə seçilən, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, tədbir təşkilatçısı, YAP Şirvan şəhər təşkilatının Elçin İmanov adına 10 saylı tam ümumtəhsil orta məktəbi ərazi partiya təşkilatının sədri, həmçinin Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Samirə Adəmqızı doğum gününü qeyd edir.
Samirə Adəmqızı uzun illər təhsil sahəsindəki fəaliyyəti və ictimai təşəbbüslərdə iştirakı ilə tanınıb. O, həm peşəkarlığı, həm də gənclərin inkişafına yönələn təşəbbüsləri ilə daim hörmət qazanıb.
Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi Samirə müəllimə müxtəlif sosial və maarifləndirici işlərdə ön sırada dayanır. Ərazi partiya təşkilatının sədri kimi onun rəhbərliyi altında görülən işlər gənclərin milli dəyərlərə bağlılığının möhkəmlənməsinə mühüm təsir göstərir. Eyni zamanda, məktəbdə Uşaq Birliyi Təşkilatının rəhbəri kimi o, şagirdlərin həm təhsil, həm də ictimai fəaliyyətlərdə daha fəal olmasına şərait yaradır.
Doğum günü münasibətilə Samirə müəlliməyə həmkarları, dostları və şagirdləri tərəfindən təbriklər ünvanlanır. Onun pedaqoji təcrübəsi, təşkilati bacarığı və ictimai fəallığı Şirvanın təhsil və ictimai həyatına mühüm töhfələr verir.
Samirə Adəmqızının doğum günü, onun gənclərin inkişafına və cəmiyyət həyatına göstərdiyi xidmətlərə verilən dəyərin bariz ifadəsidir.
Həsən Məmmədov
Paraqraf.com
![]()
