Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 8
  • Sağlamlıq hər kəsin haqqıdır

Sağlamlıq hər kəsin haqqıdır

admin 08 Oktyabr 2025 4 minutes read
1712296408.MUSAHİBE-COVER
PAYLAŞIN:

1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı yaradılıb. ÜST-ün təsis olunduğu 7 aprel tarixi 1950-ci ildən etibarən hər il Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur.

Bu əlamətdar gündə bütün dünyada müxtəlif tədbirlər keçirilir, sağlamlıq sahəsində araşdırmalar təşviq edilir. Hər il bu münasibətlə bir şüar seçilir. Bu da həmin mövzulara diqqət çəkmək fürsəti kimi dəyərləndirilir. Məqsəd isə insanların hər yerdə sağlamlıq və rifahın ən yüksək səviyyəsinə çatmasına nail olmaqdır.

ÜST bildirir ki, müalicəyə və ümumiyyətlə, səhiyyə xidmətlərindən istifadəyə, riskli davranışlardan çəkinməyə, sağlamlığın qorunması və təşviqinə daim diqqət yetirilməlidir. Xüsusilə, gənclərin fiziki, mənəvi və sosial baxımdan balanslı həyat yaşaya bilməsi önəm daşıyır. Cəmiyyətin ən kiçik struktur blokları olan fərdlərin sağlamlığı bütövlükdə cəmiyyətin sağlam olmasını təmin edir. Bu kontekstdə müalicə müəssisələrinin, profilaktik səhiyyə müəssisələrinin işi böyük əhəmiyyət kəsb edir.

Amma bütün bunlara baxmayaraq, dünyada milyonlarla insanın sağlamlıq hüququ getdikcə daha çox təhlükə altına düşür. Xəstəliklər və fəlakətlər ölüm və əlilliyin ciddi səbəblərinə çevrilir. Münaqişələr insanların həyatını məhv edir, ölüm, ağrı, aclıq və psixoloji iztirablara səbəb olur. Eləcə də havanın çirklənməsi iqlim böhranına gətirib çıxarır. Dünya üzrə qapalı və açıq şəraitdə havanın çirklənməsi hər 5 saniyədə bir can alır. ÜST-ün hamı üçün Sağlamlığın İqtisadiyyatı Şurası müəyyən edib ki, ən azı 140 ölkə öz konstitusiyalarında sağlamlığı insan hüququ kimi tanıyır. Bununla belə, bir sıra ölkələr öz əhalisinin səhiyyə xidmətlərindən istifadə hüququnu həyata keçirmək üçün qanunlar qəbul etmir və ya onları tətbiq etmir. Bu, 2021-ci ildə ən azı 4,5 milyard insanın – dünya əhalisinin yarıdan çoxunun əsas səhiyyə xidmətləri ilə tam əhatə olunmadığını təsdiqləyir. Bu kimi problemlərə diqqəti yönəltmək üçün bu il Ümumdünya Sağlamlıq Gününün şüarı belədir: “Sağlamlığım mənim haqqımdır”.

Bu şüar hər bir insanın hər yerdə keyfiyyətli səhiyyə xidmətləri, təhsil və məlumat, o cümlədən təhlükəsiz içməli su, təmiz hava, düzgün qidalanma, keyfiyyətli yaşayış məskəni, layiqli əmək və ətraf mühit şəraiti və ayrı-seçkilikdən azad olmaq hüququnu müdafiə və təbliğ etmək üçün seçilib.

Ölkəmizdə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublıkasının Qanunu mövcuddur. Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlülüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitar-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir.

 

Mədinə Hacıyeva

Tibb və sağlamlıq elmləri təhsili kafedrasının assistenti, t.ü.f.d.

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İsmət Qayıbovun bu gün doğum günüdür
Next: MƏHƏK DAŞI

OXŞAR MÖVZULAR

17698457441375877346697db3f079a83

Beyin ölümü: Bütün meyitlərdən orqan köçürmək mümkündürmü?

admin 31 Yanvar 2026
697dcae3be27c697dcae3be27d1769851619a06ab786a91784eeabf9f9c9cd5944c1

İki ildə Azərbaycanda 11 min açıq ürək əməliyyatı icra olunub

admin 31 Yanvar 2026
o4O8sqiGoCVPv3SIlCZnmDG4ZhnpeAfr0HiQ7JCC_1200

Yeni araşdırma: Gündəlik gəzinti sağlamlıq üçün həyati əhəmiyyət daşıyır

admin 11 Yanvar 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.