Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 7
  • Praqada Beynəlxalq Diaspor Mərkəzinin layihəsi – ‘Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi’ sərgisi

Praqada Beynəlxalq Diaspor Mərkəzinin layihəsi – ‘Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi’ sərgisi

admin 07 Oktyabr 2025 5 minutes read
IMG-20251007-WA0008
PAYLAŞIN:

Oktyabrın 5-də Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Çexiya Respublikasının paytaxtı Praqa şəhərindəki “Křížovnické náměstí” (“Xaçlı Meydanı”) meydanında «Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi» layihəsi çərçivəsində sərgi keçirilib.

Paraqraf.com Arazpress.com-a istinadən xəbər verir ki, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, sərginin mövzusu repatriasiya — xaricdəki şəxslərin, o cümlədən hərbi qulluqçuların, ekspatların, qaçqınların, miqrantların, sığınacaq axtaranların könüllü və ya məcburi şəkildə mənşəcə olduğu öz yerlərinə və ya vətəndaşlıqları olduğu ölkələrinə qayıtması ilə bağlı olduğundan çox maraqlı alınıb.

Sədrin sözlərinə görə, sərginin əsas məqsədi də, deportasiya ilə bağlı sənədləri dünya ictimaiyyətinə çatdırmaqdan, həmçinin vandalizm və mədəni irsə qarşı hücumlar mövzusunda Praqa sakinlərinə və turistlərə ətraflı məlumat təqdim etməkdən ibarət olub.

“Layihənin əsas hədəfi isə, qaçqınların öz yurdlarına qayıdışı ilə bağlı beynəlxalq təcrübəni öyrənməyə, onların hüquqlarının müdafiəsi və məskunlaşdıqları ölkələrdə qarşılaşdıqları problemlərin həlli istiqamətində tövsiyələr verməyə istiqamətlənib”, — sədr xüsusi olaraq vurğulayıb.

Məlumata görə, bu sərgidə deportasiya ilə bağlı ingilis və çex dillərində hazırlanmış bukletlər, döş nişanları, Azərbaycan və Çexiya bayraqları, roll-up stendləri, kitab və kitabçalar nümayiş olunub. Xüsusilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin illərlə qoruyub, saxladığı Qərbi Azərbaycanla bağlı sərgi materialları böyük maraqla qarşılanıb. Həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq Baş direktoru Tahir Əmiraslanovun kitabları sərgi ziyarətçiləri tərəfindən xüsusi diqqətlə izlənilib.

Sərgini ziyarət edən qonaqlar arasında “Mədəniyyətlərarası Həyat üzrə Beynəlxalq İnnovativ Mərkəz – ‘Dünyanın Xalqları Alyansı’”nın rəhbəri Dr. Aleksandr Şapiro Suliman, onun dostu – Çexiyanın 2022–2023-cü illərdə təhsil naziri olmuş Vladimír Balaš, həmçinin Çexiya parlamentinin keçmiş senat üzvü Marcel Chládek də iştirak ediblər. Tədbirin keçirilməsində bir çox QHT-lər, xüsusilə Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni yaxından iştirak ediblər. Çexiyada fəaliyyət göstərən “Land of Fire” diaspor təşkilatının təsisçisi və Azərbaycan Diasporunun Şərqi Avropa Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev, o cümlədən diaspor fəalları Murad Sadıqov, Rəşid Şıxəliyev, İmam Əzizov, Əli Ələşrəfov və digər gənclər də layihənin daha faydalı və səmərəli həyata keçirilməsinə hərtərəfli dəstək göstəriblər.

Verilən məlumatda o da qeyd olunur ki, sərgi zamanı maraqlı bir məqam da yaşanıb. Özlərini turist kimi təqdim edən iki nəfər erməni sərgiyə xüsusi bir maraq göstərib. Onlar fürsətdən istifadə edərək, sərgini izləməyə gələn qonaqlara Azərbaycan və xüsusilə Qərbi Azərbaycan haqqında yalan məlumatlar verməyə çalışıblar. Onlar Qərbi Azərbaycanın guya ermənilərə məxsus olduğunu və onların “öz torpaqlarından” — Dağlıq Qarabağdan qovulduqlarını bildiriblər. Onların bu cəhdlərinin qarşısı Beynəlxalq Diaspor Mərkəzinin fəalları və soydaşlarımız tərəfindən qətiyyətlə alınıb.

BDM-in Praqada keçirdiyi bu sərgi uğurla yekunlaşıb. Sonda iştirakçılar xatirə şəkilləri çəkdiriblər. Layihə çərçivəsində görüşlər və tədbirlər növbəti günlərdə də davam etdirilib.

Paraqraf.com

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycana səfərə gəlib
Next: Aİ ölkələri rusiyalı diplomatların səyahətinə məhdudiyyətlər tətbiq etdilər

OXŞAR MÖVZULAR

036A5991-2048x1365

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

admin 05 Mart 2026
6YaUbFzLgGoZ778K1YGmXA7XSpP866Dj4M7yhypk_1200

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

admin 02 Mart 2026
WhatsApp Image 2026-02-27 at 11.22.02

“Addım-addım vətəndə” layihəsi Gəncədə+FOTOLAR

admin 27 Fevral 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.