İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarjo şəhərində yerləşən mədrəsənin ibadət zalının uçması nəticəsində ölənlərin sayı 60-ı ötüb.
Paraqraf.com xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, üç nəfər hələ də itkin düşmüş hesab edilir, 99 yaralı yerli tibb müəssisələrində müalicə alır. Agentlikdən bildirilib ki, hadisənin bütün qurbanları tapılana qədər axtarış-xilasetmə əməliyyatı davam edəcək.
Xatırladaq ki, hadisə sentyabrın 30-da baş verib.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
