5 oktyabr – müəllimlərin bayram günündə həm də əlamətdar bir gün baş verdi. Təhsil sahəsində illərdir yorulmadan çalışan, pedaqoji fəaliyyətini yüksək məsuliyyət və sevgi ilə davam etdirən Təhsil Təlim Mərkəzinin (TTM) sədri Rəvanə Hüseynova doğum gününü qeyd etdi.
Rəvanə Hüseynovanın həyat yolu təhsil, elm və ictimai fəaliyyətlə sıx bağlıdır. O, gənclərin maariflənməsi, müəllimlərin inkişafı və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün göstərdiyi səylərlə tanınır. Müəllimlik sənətinin nüfuzunu daim uca tutan Hüseynova pedaqoji kollektivlər arasında hörmət qazanmış, rəhbərlik etdiyi mərkəzdə isə yenilikçi ideyaları və təşəbbüsləri ilə seçilmişdir.
Ad gününün məhz 5 oktyabr – Müəllimlər Günü ilə üst-üstə düşməsi isə təsadüfi deyilmiş kimi görünür. Çünki onun həyat fəlsəfəsi, iş prinsipləri və dəyərləri birbaşa müəllimlik peşəsi ilə səsləşir. O, hər zaman bildirir ki, müəllim olmaq sadəcə peşə deyil, həm də həyat tərzidir.
Təhsil ictimaiyyətinin nümayəndələri Rəvanə Hüseynovanı doğum günü münasibətilə səmimi təbrik edərək, ona sağlam ömür, uğurlar və yeni nailiyyətlər arzulayıblar. Əminliklə demək olar ki, o, pedaqoji fəaliyyətində bundan sonra da gənclərə yol göstərəcək, müəllimlərin maariflənməsi istiqamətində yeni layihələrə imza atacaq.
Rəvanə Hüseynovanın adı bu gün artıq fədakarlıq, zəhmətsevərlik və müəllimlik peşəsinə sadiqliklə yanaşı çəkilir. Onun təhsil sahəsinə verdiyi töhfələr illər keçdikcə daha çox dəyərləndiriləcək.
Biz də Rəvanə Hüseynovanı səmimi qəlbdən təbrik edir, yeni yaşında möhkəm can sağlığı, ailə səadəti və pedaqoji uğurlar arzulayırıq!
Həsən
paraqraf.com
![]()
