Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 6
  • Bakıda yeni avtomobil yolunun inşasından FOTO

Bakıda yeni avtomobil yolunun inşasından FOTO

admin 06 Oktyabr 2025 3 minutes read
oz1MrO0dEgFADGiEkGWFMqCyP0tpRPGlEs9mbhdW_1200
PAYLAŞIN:

Akademik Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasınadək avtomobil yolunun Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi sürətlə davam etdirilir.  Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və inşa edilir.

Dövlət Proqramına əsasən, avtomobil yolunun akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3.9 km uzunluğa malik olacaq. Bundan əlavə, 2.6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.

Tunellər və yeraltı piyada keçidləri

Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur:

  • 1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386 m);
  • 2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289 m);
  • 3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə – 192.8 m, açıq hissə – 114.5 m);
  • 4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894.7 m, eni 27.5 m-dir (qapalı hissə – 259.5 m, açıq hissə – 390.6 m, çıxış hissəsi – 244.6 m).

Hazırda bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir.

Yeraltı piyada keçidlərində icra vəziyyəti:

  • 1-ci keçid (km 0+244) – 5%;
  • 2-ci keçid (km 1+328) – 78%;
  • 3-cü keçid (km 3+077) – 95%.

Texniki göstəricilər və görülmüş işlər

Layihə üzrə nəzərdə tutulmuş:

  • 9 899 ədəd svay və jetdən – bu günədək 4 559 ədəd;
  • 3 400 metr rigeldən – 1 314 metr;
  • 1 346.53 metr istinad divarından – 431 metr inşa olunub.

Tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir. Bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb.

Hazırda metronun “Ulduz” stansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Bu çərçivədə yerinə yetirilib:

  • Torpaq işləri: 899 123.78 m³;
  • Torpaq yatağı: 408 896.154 m³.

Layihənin ümumi icra vəziyyəti

Layihə üzrə ümumi tikinti işlərinin faktiki icra vəziyyəti təqribən 35% təşkil edir.

Tikinti altına düşən 155 maneə müəyyən edilib, onların 92%-i üzrə müvafiq tədbirlər görülüb. Kommunikasiya xətlərinin köçürülməsi işləri isə davam etdirilir və hazırda son mərhələdədir.

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: 61 il əvvəl bu gün “Kosmos 47” peyki orbitə buraxıldı – Vosxod missiyası üçün önəmli sınaq
Next: Ümumrespublika Təhsil İşçilərinin Həmrəyliyi Forumu keçirilib

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.