Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Üçüncü dəfə Tbilisinin meri olacaq
DÜNYA

Üçüncü dəfə Tbilisinin meri olacaq

05 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Tbilisi meri seçkilərində hakim “Gürcü Arzusu– Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze qalib gəlib.

Paraqraf.com xəbər verir ki, bu haqda Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Belə ki, hakim “Gürcü Arzusu” partiyasından Tbilisi merliyinə namizədliyini irəli sürən Kaladze 214 min 575 səs toplayıb və 71,588 faiz səslə qalib gəlib.

Onun əsas rəqibi, “Güclü Gürcüstan – Lelo” partiyasından olan İrakli Kupradze 37 257 səs toplayıb və 12,43% səslə ikinci olub.

“Qirçi” partiyasının lideri İaqo Xviçia isə 7,518% səs toplayıb.

Qeyd edək ki, K.Kaladze 2017-ci ildən paytaxtın meri vəzifəsində çalışır və üçüncü dəfədir, hakim partiyadan namizədliyini irəli sürüb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Müəllimlər günü

Next

“Bu halda atəşkəs dərhal qüvvəyə minəcək”

Copyright 2026— Praqraf.com. All rights reserved