Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 2
  • NDU-da İnnovasiya Mərkəzi açıldı – Süni intellekt və dayanıqlı inkişaf gündəmdə

NDU-da İnnovasiya Mərkəzi açıldı – Süni intellekt və dayanıqlı inkişaf gündəmdə

admin 02 Oktyabr 2025 5 minutes read
IMG_9616
PAYLAŞIN:

Elm insanın özünü və kainatı tanıma yoludur, inkişaf isə bu yolun addımlarını atmaq cəsarətidir.

Qlobalaşan dünya, müasir Azərbaycan və texnoloji inkişaf… Bu meyarlar artıq bütün sahələrin inkişaf dinamikasında vacib priolitet məsələ olaraq təhlil olunmaqdadır.

Çağdaş dövr, yeni tələblər müasir insan təfəkkürünün təkamül prosesini sürətləndirir. Artıq gənclik daha sürətli düşünür, daha çevik davranır. Hər gün yenilənən texnologiyalar məhz insan həyatı və gələcəyinin rifahıdır.

Bunları dərk edib müasir gəncliyin gələcək inkişafı üçün innovativ addımlar atmaq və bunu təhsil-tədris-təlim məsələrində tətbiq etmək günümüzün ən prioritet məsələlərindən biri, bəlkə də birincisidir.

Elə bu səbəbdəndir ki, Naxçıvan Dövlət Universitetində Naxçıvan İnnovasiya Mərkəzinin açılışı baş tutdu və “İnnovasiya və davamlı inkişaf yeni ideyalar və həllər” mövzusunda I Beynəlxalq Elmi konfransı da həyata keçirildi.

Naxçıvan Dövlət Universitetində (NDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Universitetin birgə təşəbbüsü ilə Naxçıvan İnnovasiya Mərkəzdə təşkil olunan müasir texnologiyalarla zəngin otaqlar gənc tələbələrin elmi- praktik inkişafına mütləq müsbət zəmin yaradacaq.

Tədbirdə NDU-nun rektoru Elbrus İsayev, İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Azər Məmmədrəhimov çıxış edərək universitetin müəllim və tələbə kollektivinə uğurlar dilədilər.

O cümlədən vurğulandı ki, Naxçıvan İnnovasiya Mərkəzini təhsilalanların yenilikçi ideyalarının reallaşdırılmasında müasir texnologiyaların və tədris metodlarının tətbiqi ilə yanaşı, eləcə də, ümumilikdə region üçün innovativ yanaşma potensialının inkişafına təkan verəcək. Ölkədə üçüncü, Azərbaycan ali təhsil müəssisələri arasında isə ilk dəfə Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayan Mərkəz müxtəlif innovasiyayönümlü layihələrin həyata keçirilməsində texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz rolu oynayacaq.

Mərkəzin açılış mərasimindən sonra “İnnovasiya və davamlı inkişaf yeni ideyalar və həllər” mövzusunda I Beynəlxalq Elmi konfrans keçirildi.

“Elmi tədqiqatların və KİV-nin keyfiyyət artımında süni intelektin (Sİ) rolu” mövzusunda məqalə ilə iştirak və çıxış etmək, bu yaşananların bir parçası olmaq olduqca qürurverici idi.

Konfransa ölkənin müxtəlif şəhərlərindən dəvət olunan peşəkar bilim adamlarının mövzu ətrafında müzakirələri bu görüşü daha da yaddaqalan etdi.

Məlum olduğu kimi artıq elmin inkişafı və keyfiyyət meyarlarının əsas göstəriciləri sırasında “süni intelekt” (Sİ ) kimi termin daxil olmaqla onun davamlı inkişaf səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Elm və təhsildə Sİ-in öyrənilməsi və tətbiqi aktual məsələ olaraq təhlil olunmaqdadır. Belə ki, o, tədris metodlarını dəyişdirərək, onları daha əlçatan edir, elmdə isə tədqiqat proseslərində məlumatların effektivliyini, təhlil obyektlərinin obyektiv müzakirəsini yüksək səviyyədə təmin edir. O cümlədən maariflənmə nöqteyi-nəzərindən ictimai məlumat bazasının daha dəqiq və genişlənməsinə zəmin yaradır.

Elm insanı azad edir, inkişaf isə onu yüksəldir.

Elm axtarış inkişaf isə bu axtarışı dayanmadan davam etməkdir.

İnanırıq fəaliyyəti dövründə bir sıra ilklərə imza atan Azərbaycan elmi potensialının üfüqlərini genişlındirərək dünyaya qanad açmağa zəmin yaradan NDU-nun rektoru, “Beynəlxalq münasibətlər “ kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin innovativ proqramları davamlı olacaq.

Uğurlar diləyirik!

Fəxriyyə Lilpar İsayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: GƏLƏCƏYƏ UĞURLA ADDIMLAYAN XANIM
Next: Mental sağlamlıq və cəmiyyətin tabusu: Psixoloji yardım almaq ayıbdırmı?

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.