Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/FTB-də həyəcan: Ciddi risklər yaranıb
DÜNYA

FTB-də həyəcan: Ciddi risklər yaranıb

02 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Federal Təhqiqat Bürosunun (FTB) agentlər assosiasiyası ABŞ hökumətinin işinin qismən dayandırılmasının (şatdaun) ölkənin milli təhlükəsizliyi üçün ciddi risklər yaratdığını bəyan edib.

Paraqraf.com xəbər verir ki, bu barədə CNN-in əldə etdiyi sənəddən məlum olub.

Sənəddə təşkilat narahatlığını ifadə edərək bildirib ki, şatdaun ABŞ-nin misli görünməmiş təhlükələrlə üzləşdiyi bir dövrdə FTB-nin öz funksiyalarını tam şəkildə icra etmək imkanlarını zəiflədə bilər.

Assosiasiyanın mövqeyinə görə, hökumətin fəaliyyətinin dayanması FTB-nin apardığı araşdırmalara, məhkəmə-tibbi ekspertizalara, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə hüquq-mühafizə orqanları ilə əməkdaşlığa mənfi təsir göstərəcək.

Xatırladaq ki, ABŞ federal hökuməti oktyabrın 1-dən (Bakı vaxtı ilə saat 8:00-dan) maliyyələşdirmənin olmaması səbəbindən fəaliyyətini dayandırıb. Bu, Konqresdə Respublikaçılar və Demokratlar arasında səhiyyə xərcləri də daxil olmaqla büdcə maddələri üzrə razılaşmanın əldə olunmaması ilə bağlıdır.

Qanunvericiliyə əsasən, milli təhlükəsizlik və xarici siyasətlə bağlı məsuliyyət daşıyan qurumlar, eləcə də həyat və mülkiyyətin müdafiəsi ilə məşğul olan dövlət qulluqçuları maliyyələşmənin dayandırılmasına baxmayaraq, işlərini davam etdirməlidirlər. Lakin onlar bu müddətdə maaş almırlar və adətən yalnız böhran həll olunduqdan sonra ödənişlərini geri alırlar.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 75 nəfər barəsində Baş Prokurorluğa müraciət edib

Next

Dövlət agentliyinin işdən çıxan direktorunun vəzifələrini kim icra edir?

Copyright 2026— Praqraf.com. All rights reserved