Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Aytac Məhərrəmova : “Məqsədim özüm kimi gənclərin inkişafına dəstək olmaqdır”
ÖZƏL

Aytac Məhərrəmova : “Məqsədim özüm kimi gənclərin inkişafına dəstək olmaqdır”

02 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Təhsil və inkişaf sahəsində fəallığı ilə seçilən gənc təşəbbüskar Aytac Məhərrəmova hazırda müxtəlif maarifləndirici layihələrin müəllifi və təşkilatçısıdır.

Paraqraf.com xəbər verir ki, onun təşəbbüsü ilə keçirilən vebinarlar və görüşlər müəllimlərdən tutmuş tələbələrə qədər geniş auditoriya tərəfindən maraqla izlənilir.

Paraqraf.com-a açıqlamasında Dərya Groupun- rəhbəri Aytac Məhərrova bildirib ki, əsas hədəfi yalnız bilik paylaşmaq deyil, həm də gənclərin motivasiyasını artırmaqdır:

“Mənim üçün ən vacib olan insanların potensialını üzə çıxarmaqdır. Hər kəsin içində parlayan bir işıq var, sadəcə doğru istiqamətə yönəldilməlidir. Mən istəyirəm ki, təşkil etdiyim tədbirlər hər bir iştirakçının həyatına yeni nəfəs gətirsin,” – deyə o bildirir.

Gənc təşəbbüskar həmçinin vurğulayır ki, təhsil sahəsində müasir yanaşmaların tətbiqi qaçılmazdır:

“Bugünkü gənclik texnologiyanın içində böyüyür. Onlara ənənəvi üsullarla yanaşmaq kifayət deyil. İnnovativ metodlar, interaktiv görüşlər və müasir yanaşmalar vasitəsilə həm motivasiya, həm də bilik ötürmək mümkündür,” – deyə Aytac qeyd edir.

Onun fəaliyyəti qısa müddətdə geniş maraq doğurub. Maarifləndirici vebinarlar, faydalı müzakirələr və inkişafyönümlü layihələr sayəsində yüzlərlə insan öz biliklərini artırmaq və şəxsi inkişaf yolunu tapmaq imkanı əldə edib.

Aytac gələcək planlarından danışarkən bildirir ki, fəaliyyətini daha geniş miqyasda davam etdirmək niyyətindədir:

“Məqsədim təkcə bugünkü uğurlarla kifayətlənmək deyil. Gələcəkdə daha böyük layihələr həyata keçirməyi, təhsili və inkişafı daha geniş auditoriyaya çatdırmağı planlaşdırıram. Ən əsası isə istəyim odur ki, insanlar mənim tədbirlərimdən sonra öz həyatında yeni addımlar atmaq üçün güc tapsınlar,” – deyə o sonda əlavə edib.

Həsən Məmmədov
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Müasir insanın ən böyük problemlərindən biri də keyfiyyətli yuxu çatışmazlığıdır.

Next

Misir Mərdanovun doğum günü – Elm və təhsil yolunda örnək ömür

Copyright 2026— Praqraf.com. All rights reserved