UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Qarabağ” növbəti oyununa çıxır.
Paraqraf.com xəbər verir ki, təmsilçimiz Danimarkanın “Kopenhagen” klubunu qəbul edir.
Komandalar meydanda aşağıdakı “11-lik”də çıxış edirlər:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Aleksey Kaşuk, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
“Kopenhagen”: Dominik Kotarski, Qabriel Perreyra, Pantelis Hatzidiakos, Yussuf Mukoko, Mohamed Elyunussi, Cordan Larsson, Lukas Lerager, Rodriqo Heskas, Markos Lopes, Roberto, Tomas Dileyni.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç başlayıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.
Paraqraf.com xəbər verir ki, təmsilçimiz Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 22-də səfərdə “Atletik Bilbao” klubuna qarşı keçirəcək.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk görüşündə “Benfika”nı səfərdə 2:3 hesabı ilə məğlub edib, “Kopenhagen” isə öz meydanında “Bayer Leverkuzen”lə 2:2 hesablı heç-heçə ilə barışıb.
1 oktyabr
UEFA Çempionlar Liqası
II tur
Saat 20:45, “Qarabağ” – “Kopenhagen”.
![]()
