Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Mehdiabadda küçədə çobanı bıçaqlayan şəxsə cəza verildi
HADİSƏ

Mehdiabadda küçədə çobanı bıçaqlayan şəxsə cəza verildi

01 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Fərid Qafarovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Paraqraf.com Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Qafarov 2 il 6 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2024-cü ildə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, Fərid Qafarov həmin vaxt tanış olduğu zərərçəkmiş Əli Budaqovla (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin ona və tanışlarının ünvanına nalayiq sözlər işlətməsi olub. Bu zaman Fərid Əliyə ucadan nalayiq ifadələr işlədib, əlindəki bıçaqla onun sağ bel və sağ bud nahiyələrinə zərbələr vuraraq xəsarət yetirib.

Bundan əlavə, Fərid Qafarov 6 fevral 2025-ci il tarixdə saat 10:50-də Abşeron rayonu Mehdiabad qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanıb. Təqsirləndirilən şəxsin əynindəki şalvarının sağ yan cibindən çəkisi 0.486 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin aşkar edilərək götürülüb.

Qeyd edək ki, Əli Budaqov məhkəmə ifadəsində bildirib ki, səkkiz yaşından başlayaraq yaşadığı qəsəbədə heyvan saxlayıb, saxladığı heyvanların sahiblərindən pul alaraq dolanır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Harvard Universiteti ABŞ hökuməti ilə sövdələşmə çərçivəsində 500 milyon dollar ödəyəcək

Next

ABŞ Rusiya sərhədinə “P-8 Poseidon” kəşfiyyat təyyarələrini yerləşdirib

Copyright 2026— Praqraf.com. All rights reserved