Azərbaycan mədəniyyəti daha bir böyük itkisini yaşadı. Əməkdar artist, ŞHK-nun istedadlı aktyoru Cabir İmanov gənc yaşında dünyasını dəyişdi. Onun vaxtsız ölümü sənətsevərləri və tamaşaçılarını dərin kədərə boğdu.
Milli Məclisin sabiq deputatı İqbal Ağazadə də bu kədərli xəbərə biganə qalmadı, mərhum aktyorun ailəsinə və yaxınlarına başsağlığı ünvanladı:
“Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin”.
İqbal Ağazadə eyni zamanda 2018-ci ildə Cabir İmanov haqqında etdiyi çıxışın bu gün yenidən sosial şəbəkələrdə paylaşılmasına da münasibət bildirdi:
“Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq, məncə, məqsədəuyğun və etik deyil”.
O, hər zaman prinsipial mövqeyi ilə seçildiyini xatırladaraq vurğuladı ki, dünyasını dəyişənlər barədə yalnız rəhmətlə danışmaq lazımdır:
“Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam, kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm. Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq…”
Azərbaycan teatr və kino səhnəsində öz izini qoymuş, tamaşaçıların sevimlisinə çevrilmiş Cabir İmanov bu gün həm sənət dostlarının, həm də xalqının yaddaşında parlaq xatirələrlə yaşayacaq.
Allah rəhmət eləsin!
Həsən
Paraqraf.com
![]()
