Bu gün Kürdəmir rayonunda vətən müharibəsində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Adəm Əliyevin anım günü keçrildi.Tədbirdə Kürdəmir rayon İcra başçısı,ziyalılar,şəhid ailələri,qazilər,ictimaət nümayəndələri,məktəblilər,
media nümayəndələri iştirak etdilər. İlk öncə şəhid Adəm Əliyevin məzarı ziyarət edildi.Daha sonra çıxış edən hər kəs qəhrəman oğulları haqqında qürurla danışdılar.
Bu dünyada ulu bir varlıq var adı Vətəndir!
Torpaq o zaman vətən adlanır ki,onun uğrunda şəhid olurlar.Doğma Qarabağ uğrunda gedən savaşda qəhramanlıqla şəhidlik zirvəsinə ucaldı igid Adəm.
Adəm Əliyev 19.11.2000-ci ildə Ağdam rayonu Üçoglan kəndində zəhmətkeş bir ailədə dünyaya gəlir.Uşaq yaşlarından vətəninə bayrağına sevdalı biri idi Adəm Əliyev. 2002-ci ildə ailə Kürdəmir rayonuna köçür.Akifə ana çox böyük zəhmətlə iki oğul övladını atasız böyudürdü,calışırdı onlara təhsil versin,gələcəkdə cəmiyyətə layiqli bir insan kimi yetişsinlər.İllər bir-birini əvəz edir ana nə qədər ağır durumda olsa belə övladları ona dəstək olurdu.Beləcə illər ötdukcə Adəm idmana,musiqiyə böyük həvəs göstərirdi və çalışırdı hər yerdə birincilik qazansın.Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Adəm Əliyevin ürəyi daima vətən eşqi ilə döyünürdü.Qüsursuz hərbi xidmət etdiyi üçün dəfələrlə komandirləri tərəfindən ona təşəkkür elan olmuşdur.Xalqına ,dövlətinə,
bayrağına olan sevgisi onu müddətdən artıq xidmət etmək istəyini gercəkləşdirdi.Adəm Əliyev müddətdən artıq xidmətə başladı.Akufə ana deyir ki,Adəmin ən böyük arzusu filmlərdən,kitablardan bildiyi Qarabağı azad görmək idi.Mənfur düşmənlər 27.09.2020-cü il tarixdə başladığı müharibədə bütün vətən ogulları kimi Adəm Əliyevdə silaha sarıldı torpaqların müdaifəsinə qalxdı.
Məktublardan xoşum gəlmir.uzun uzadı düsündüm ki,mən yazım….
Sənə yazdım bu məktubu mənim anam…
Atasiz böyütdun məni həm ana qayğısı göstərdin,həmdə atami əvəz etdın..
Amma mən ana məhəbbətini,ana sevgisini Vətənə bağladım əziz anam,zəhmətkeş anam.Vətəni sevdim,torpağı sevdim çünki ana qədər əziz oldu sığal çəkdi o yarama,,tumar çəkdi saçlarıma,Ana kimi qucaqladi,qoynuna aldı məni.
Ana vətən torpaqları darda olduğu zaman mən biganə qala bilməzdim.Ona görə də can ana mən gedirəm sənin mənə öyrətdiyin kimi vətənimi mənfur düşməndən qorumağa gedirəm,Xocalının,üzünü belə görmədiyim doğma Qubadlının,Zəngilanın,Laçının,Cəbrayılın,Şuşanın
Ağdamın,Kəlbəcərin,Füzulinin, qisasıni almağa gedirəm.Gözün arxada qalmasın çünki anam qədər əziz olan Vətən torpağının çağrışına gedirəm.Əgər dönməsəm bil ki,ölmədim Şəhid oldum….
Mənimlə hər zaman qürur duyacaqsan,fəxr edəcəksən ana çünki,vətəni sevməyi səndən öyrəndim.Böyudükcə Poladdan,Mübarizdən dərs aldım.Hər zaman bir arzum oldu onlar kimi döyüşüm qəhraman olub.Bu gün o gündür Əziz anam Haqq savaşı başladı.Mən döyüşə gedirəm və söz verirəm ki,şərəflə qeyrətli vuruşub torpaqları azad edəcəm.Üçrəngli bayaraqların doğma Qarabağda dalğalanması üçün lazım gəlsə canımi belə qurban edəcəm.Sağ ol ana salamat qal….
Özünə yaxşi bax məni sevənlərə salam de.
Əgər dönməsəm bil ki hər zaman ruhum sənilə olacaq!….
Hər zaman səni sevən körpə Adəmin!
28.09.2020-ci il tarixdə ailənin bütün sevinci yoxa çıxdı.Murovdan Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhramanlıqla şəhidlik zirvəsinə ucaldı.
Şəhid Adəm ruhun şad olsun uğrunda canını fəda etdiyin vətən torpaqları azaddır.
ŞƏHİD ADƏM
Yüksək dəyər verdi Ali Komandan,
Qürurla çəkildi Adəmin adı,
Şəhidin məhəbbət alovlarında,
Göründü qəlbimin arzu,muradı.
*****
O təltif olundu“Vətən uğrunda”,
Həm “Cəsur döyüşçü”medallar ilə
Suqovuşanın azadlığında,
Qazandı zəfərlər uca yol ilə.
**”**
“Kəlbəcər uğrunda” şərəf medalı,
Qazandı şəhidlik zirvələrində,
Xalqım əzizlədi igid aslanı,
Adəm unudulmaz vətən önündə.
*****
Uğurlu sərkərdə İlham Əliyev,
Hərbin meydanında müzəffər oldu,
“3-cü dərəcəli Vətənə xidmət”ordeni
Şərəflə verildi şəhid Adəmə
Raziyə Kamilqızı
AYB və AJB- nin üzvü
![]()
