Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Sentyabr
  • 29
  • Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul nümayəndələri üçün “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar keçirilib

Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul nümayəndələri üçün “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar keçirilib

admin 29 Sentyabr 2025 3 minutes read
IMG_9568
PAYLAŞIN:

29 sentyabr tarixində Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul nümayəndələri üçün “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar təşkil olunub.

Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva vurğulayıb ki, seminar kommunikasiya və media sahəsində əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, dövlət qurumlarının kommunikasiya potensialının gücləndirilməsinə, ictimaiyyətlə əlaqələrin daha effektiv qurulmasına və müasir çağırışlara uyğun yanaşmaların formalaşdırılmasına xidmət edir.

ADA Universitetinin İxtisasartırma proqramının dövlət proqramları üzrə meneceri Sevinc Hüseynova çıxışında bildirib ki, strateji kommunikasiya üzrə keçirilən seminar iştirakçılar üçün həm nəzəri, həm də praktiki biliklərin inteqrasiyası baxımından vacib təcrübədir və dövlət qurumlarında çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına və innovativ yanaşmaların tətbiqinə geniş imkan yaradır.

Seminarı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehralıyeva aparıb. Təqdimat zamanı iştirakçılara ictimai narrativlərin düzgün qurulması, strateji yanaşmaların tətbiqi və kommunikasiya prosesində auditoriyaya effektiv mesajların çatdırılması barədə praktik məlumatlar təqdim olunub.

Müzakirələrdə qeyd olunub ki, müasir dövrdə kommunikasiya yalnız informasiyanın ötürülməsi ilə məhdudlaşmır, həm də dövlət qurumlarının nüfuzunun möhkəmləndirilməsində və vətəndaşlarla qarşılıqlı etimadın formalaşdırılmasında mühüm rol oynayır. Xüsusilə, rəqəmsal media alətlərindən səmərəli istifadə və məqsədyönlü kommunikasiya siyasətinin hazırlanması uğurlu nəticələrin əldə olunmasında əsas şərtlərdən biri kimi dəyərləndirilib.

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Qarabağ üçün sınaq anı: Kopenhagen doğma meydanda ram ediləcəkmi?
Next: İqbal Ağazadə Cabir İmanovun ölümü haqda danışdı

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.