Türkiyə ABŞ-la ümumi dəyəri 80 milyard dollardan artıq olan iki böyük saziş imzalayıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.
Ankara Boeing korporasiyası ilə 200-dən çox sərnişin təyyarəsinin alınması barədə çoxmilyardlıq müqavilə. ABŞ-dan maye qaz idxalı üçün 43 milyard dollar dəyərində 20 illik kontrakt imzalayıb.
Sazişə əsasən, 2026-cı ildən etibarən hər il 4 milyard kubmetr yanacaq tədarük olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri möhkəmləndirmək və bu sazişləri imzalamaq məqsədilə Ağ Evə səfər edib. Türkiyə rəsmilərinin sözlərinə görə, Boeing və Lockheed Martin şirkətləri 250 kommersiya təyyarəsinə sifariş, həmçinin əlavə F-16 qırıcılarının alınması ilə bağlı müqavilələr əldə edə bilərlər.
Müqavilələrin detalları hələ açıqlanmayıb, lakin onların hər iki ölkənin aviasiya və enerji sektoruna əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.





Türkanə Səfərova, Paraqraf.com
![]()
