Müdafiə Nazirliyinin Qan Bankı, Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində könüllü qanvermə aksiyası təşkil olunub.
Könüllü qanvermə aksiyasının uğurla həyata keçirilməsinə göstərilən diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənova və dəyərli donorlarımıza Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi adından səmimi təşəkkürümüzü bildiririk.
Bu humanist addım həm qan donorluğu mədəniyyətinin inkişafına, həm də cəmiyyətimizdə həmrəylik və fədakarlıq ruhunun güclənməsinə xidmət edir.
Səfərova Türkanə
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
