Missiyamız
Paraqraf.com ictimai-siyasi yönümlü xəbər və analitika saytıdır. Missiyamız cəmiyyətə dəqiq, obyektiv və operativ məlumatlar təqdim etmək, ictimai rəyin formalaşmasına töhfə vermək, yerli və beynəlxalq hadisələri peşəkar təhlil əsasında oxuculara çatdırmaqdır.
Sayt həmçinin Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı, ölkəmizin mövqeyini beynəlxalq informasiya müstəvisində daha aydın şəkildə ifadə etməyi hədəfləyir. Paraqraf.com informasiya müharibəsində fəal iştirak edərək, dezinformasiya və təxribatlara qarşı etibarlı mənbə olmağa çalışır.
Vizyonumuz
Paraqraf.com yalnız xəbər portalları arasında seçilməyi deyil, həm də ictimai şüurun inkişafına, analitik düşüncənin formalaşmasına, gənc nəsildə düzgün informasiya mədəniyyətinin yaranmasına xidmət edən bir platforma olmağı qarşısına məqsəd qoyur.
Biz inanırıq ki, “Hər xəbər bir paraqrafla başlayır”, amma hər paraqraf bütöv bir həqiqəti ifadə edir.
