CƏMİYYƏT Archives - Paraqraf.com https://paraqraf.com/category/xeber-lenti/cemiyyet/ Fri, 06 Mar 2026 16:27:28 +0000 az hourly 1 https://paraqraf.com/wp-content/uploads/2025/09/cropped-9-1-32x32.png CƏMİYYƏT Archives - Paraqraf.com https://paraqraf.com/category/xeber-lenti/cemiyyet/ 32 32 188664155 Sabah külək güclənəcək, yağıntı intensivləşəcək https://paraqraf.com/2026/03/06/sabah-kul%c9%99k-gucl%c9%99n%c9%99c%c9%99k-yaginti-intensivl%c9%99s%c9%99c%c9%99k/ Fri, 06 Mar 2026 16:27:28 +0000 https://paraqraf.com/?p=27993 PAYLAŞIN:Azərbaycanın qərb rayonlarından başlayaraq martın 7-dən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq

The post Sabah külək güclənəcək, yağıntı intensivləşəcək appeared first on Paraqraf.com.

The post Sabah külək güclənəcək, yağıntı intensivləşəcək appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Azərbaycanın qərb rayonlarından başlayaraq martın 7-dən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Paraqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Paraqraf.com 

Loading

The post Sabah külək güclənəcək, yağıntı intensivləşəcək appeared first on Paraqraf.com.

The post Sabah külək güclənəcək, yağıntı intensivləşəcək appeared first on Paraqraf.com.

]]>
27993
Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub https://paraqraf.com/2026/03/06/baki-sumqayit-qax-v%c9%99-samuxda-yasilliqlara-63-min-manatdan-cox-ziyan-vurulub/ Fri, 06 Mar 2026 16:24:00 +0000 https://paraqraf.com/?p=27990 PAYLAŞIN:Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Qax və Samux rayonlarının ərazisində yaşıllıqlara 63

The post Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub appeared first on Paraqraf.com.

The post Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Qax və Samux rayonlarının ərazisində yaşıllıqlara 63 min manatdan çox ziyan vurulduğu müəyyən edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səbail rayonu Teymur Elçin küçəsi 8(36) ünvanında, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində, Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində, Qax rayonu Kiçik Alatəmir və Samux rayonu Salahlı kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 63 170 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Paraqraf.com 

Loading

The post Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub appeared first on Paraqraf.com.

The post Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub appeared first on Paraqraf.com.

]]>
27990
“Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər https://paraqraf.com/2026/03/06/turan-h%c9%99rbi-yataqxanasinin-sakinl%c9%99ri-yasayis-huquqlarinin-b%c9%99rpasini-t%c9%99l%c9%99b-edirl%c9%99r/ Fri, 06 Mar 2026 09:11:47 +0000 https://paraqraf.com/?p=27908 PAYLAŞIN:“Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər. Paraqraf.com Bugün.tv-ə istinadən xəbər verir ki, Yasamal rayonu, Hüseyn

The post “Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər appeared first on Paraqraf.com.

The post “Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

“Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər.

Paraqraf.com Bugün.tv-ə istinadən xəbər verir ki, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasında 50-dən çox ailə evsiz qalmaq təhlükəsi yaşayır.

Bu yataqxanada, sadəcə sakinlər deyil, talelər yaşayır – azyaşlı uşaqlar, ahıl insanlar, əlillər, tənha qadınlar, şəhid ailələri, əlilliyə görə təqaüdə çıxmış hərbi qulluqçular və yaşa görə təqaüd alan mülki şəxslər binada məskunlaşan sakinlər bildirirlər ki, şərait ürəkaçan olmasa da, alternativ yaşayış yerləri yoxdur. Onlar üçün bu otaqlar sadəcə dörd divar deyil, həyatlarının yeganə sığınacağıdır. İndi isə həmin sığınacaq da əllərindən alınmaq üzrədir.

“Bu gün” televiziyasının əməkdaşları şikayətçilərlə görüşüb, onlarla həmsöhbət olub. Vaxtilə Vətən naminə xidmət edən, ön cəbhədə dayanan hərbçilər bu gün yaşayış hüquqları uğrunda mübarizə aparmalı olurlar. Düşdükləri bu vəziyyət onları narahat edir. Əlaqədar qurumlardan ədalətli qərar gözləyirlər.

Şikayətçi Mehparə Məmmədovanın sözlərinə görə, 15 ildir ki, burada yaşayır. İndi evindən çıxmaq məcburiyyəti ilə üz-üzə qalıb. “Aldığım kirayə haqqı ilə mən başqa yerdə kirayədə qala bilmərəm. Çünki evlər çox bahadı. Gücüm çatmır. Hara gedim, necə edim, bilmirəm?”, – deyir.

Digər sakinlərin sözlərinə görə, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən onlara qarşı məhkəmə iddiaları qaldırılıb. Şikayətçilər bu iddiaların qanunsuz olduğunu bildirir və məhkəmə qərarlarının sosial ədalət prinsipi ilə ziddiyyət təşkil etdiyini deyirlər. Onların fikrincə, illərlə burada yaşayıb qeydiyyatda olan insanların birdən-birə “qanunsuz sakin” elan edilməsi hüquqi və mənəvi baxımdan qəbulolunmazdır.

Şikayətçi Sevinc Behbudovanın sözlərinə görə, o da 2005-ci ildən bu evdə yaşayır. Yoldaşı gözdən əlildir. Hərbi təqaüdçüdür. “Prezident qərarı verib, gözdən əlillər evlə təmin olunmalıdır. 20 ildi yaşayıram. İndi hara gedək? Nə edək?”

Sakinlər deyirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həlli istiqamətində real addım atılmayıb. Onların sözlərinə görə, məhkəmə instansiyaları məsələyə formal yanaşıb və sosial vəziyyət nəzərə alınmadan qərarlar qəbul edilib. Bu vəziyyət xüsusilə aztəminatlı ailələr, əlilliyi olan şəxslər və azyaşlı uşaqlar üçün ciddi sosial təhlükə yaradır. Çünki verilən cüzi kirayə kompensasiyası ilə paytaxtda ev tapmaq faktiki olaraq mümkünsüzdür.

Ümidsizliyə qapılan sakinlər çıxış yolunu ölkə rəhbərliyinə müraciətdə görürlər. Onlar hesab edirlər ki, məsələyə ali səviyyədə müdaxilə olunarsa, ədalətli və humanist qərar qəbul edilə bilər.

Hazırda “Turan” hərbi yataqxanasında yaşayan ailələr üçün əsas sual dəyişməz qalır: illərlə sığındıqları bu məkan əllərindən alınarsa, onlar hara üz tutacaqlar?

Bu məsələ təkcə bir binanın taleyi deyil – bu, sosial ədalət, dövlət-vətəndaş münasibətləri və xüsusilə hərbi qulluqçulara, mülki işçilərə münasibətin göstəricisidir.

Paraqraf.com 

Loading

The post “Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər appeared first on Paraqraf.com.

The post “Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər appeared first on Paraqraf.com.

]]>
27908
Sahibkar bələdiyyə sədrindən şikayətçidir: “Hərracda qazandığım torpaq başqa şəxsə satılıb” https://paraqraf.com/2026/03/06/sahibkar-b%c9%99l%c9%99diyy%c9%99-s%c9%99drind%c9%99n-sikay%c9%99tcidir-h%c9%99rracda-qazandigim-torpaq-basqa-s%c9%99xs%c9%99-satilib/ Fri, 06 Mar 2026 09:07:35 +0000 https://paraqraf.com/?p=27905 PAYLAŞIN:Sahibkar Həsənov Vüqar Niyazəli oğlu torpaq sahəsi ilə bağlı yaşadığı problemlə əlaqədar redaksiyamıza müraciət edib. Şikayətçi bildirir ki,

The post Sahibkar bələdiyyə sədrindən şikayətçidir: “Hərracda qazandığım torpaq başqa şəxsə satılıb” appeared first on Paraqraf.com.

The post Sahibkar bələdiyyə sədrindən şikayətçidir: “Hərracda qazandığım torpaq başqa şəxsə satılıb” appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Sahibkar Həsənov Vüqar Niyazəli oğlu torpaq sahəsi ilə bağlı yaşadığı problemlə əlaqədar redaksiyamıza müraciət edib.

Şikayətçi bildirir ki, 6 iyul 2023-cü il tarixində hərraca çıxarılan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hərrac vasitəsilə qalibi olub. Onun sözlərinə görə, müvafiq protokol və şəhadətnamə təqdim olunsa da, sonradan ərazi ilə bağlı problemlər yaranıb.

Vüqar Həsənov iddia edir ki, bələdiyyə sədri Nuriyev Əlifət tərəfindən həmin torpaq sahəsi hasarlanaraq başqa şəxsə satılıb. Nəticədə sahibkar kimi hüquqlarının pozulduğunu bildirir.

Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı qarşı tərəfi məhkəməyə verib və məhkəmə onun xeyrinə qərar çıxarıb. Lakin qarşı tərəf bu qərarla razılaşmayaraq Dövlət Məsələləri Hərrac Komitəsini məhkəməyə verib. Hazırda iş üzrə məhkəmə prosesi davam edir.

Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Paraqraf.com 

Loading

The post Sahibkar bələdiyyə sədrindən şikayətçidir: “Hərracda qazandığım torpaq başqa şəxsə satılıb” appeared first on Paraqraf.com.

The post Sahibkar bələdiyyə sədrindən şikayətçidir: “Hərracda qazandığım torpaq başqa şəxsə satılıb” appeared first on Paraqraf.com.

]]>
27905
Sabah 17 dərəcə isti olacaq – PROQNOZ https://paraqraf.com/2026/03/05/sabah-17-d%c9%99r%c9%99c%c9%99-isti-olacaq-proqnoz-2/ Thu, 05 Mar 2026 15:53:32 +0000 https://paraqraf.com/?p=27843 PAYLAŞIN:Azərbaycanda martın 6-da havanın 17 dərəcəyədək isti olacağı gözlənilir. Paraqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti

The post Sabah 17 dərəcə isti olacaq – PROQNOZ appeared first on Paraqraf.com.

The post Sabah 17 dərəcə isti olacaq – PROQNOZ appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Azərbaycanda martın 6-da havanın 17 dərəcəyədək isti olacağı gözlənilir.

Paraqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17 ° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Paraqraf.com 

Loading

The post Sabah 17 dərəcə isti olacaq – PROQNOZ appeared first on Paraqraf.com.

The post Sabah 17 dərəcə isti olacaq – PROQNOZ appeared first on Paraqraf.com.

]]>
27843
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər – FOTOLAR https://paraqraf.com/2026/03/04/yeni-t%c9%99yin-olunmus-hakiml%c9%99r-ali-m%c9%99hk%c9%99m%c9%99d%c9%99-and-icibl%c9%99r-fotolar/ Wed, 04 Mar 2026 17:16:02 +0000 https://paraqraf.com/?p=27665 PAYLAŞIN:2026-ci il martın 4-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.  Paraqraf.com xəbər verir ki, iclasda Azərbaycan

The post Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər – FOTOLAR appeared first on Paraqraf.com.

The post Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər – FOTOLAR appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:
2026-ci il martın 4-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. 

Paraqraf.com xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 34 hakimin andiçmə mərasimi olub.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, son illər aparılmış islahatlar nəticəsində məhkəmələrə çıxış imkanları genişləndirilib, idarəetmə mexanizmləri təkmilləşdirilib. Eyni zamanda hakimlərin seçimi prosesi şəffaflaşdırılmış və sadələşdirilib.

Diqqətə çatdırılıb ki, hakim yalnız hüquqi mübahisəni həll etmir, həm də insan taleyini müəyyən edir. Bu baxımdan hər bir işə həssaslıqla, diqqətlə və məsuliyyətlə yanaşmaq, ədalətin vaxtında və qərəzsiz təmin olunmasına xidmət etmək hakimlərin başlıca vəzifəsi olmalıdır. Sədr yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

Daha sonra yeni təyin olunmuş hakimlər Aybəniz Rəhimova və Əli Camalov çıxış edərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.

Loading

The post Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər – FOTOLAR appeared first on Paraqraf.com.

The post Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər – FOTOLAR appeared first on Paraqraf.com.

]]>
27665
TəhsilPlus kartının təqdimat mərasimi keçirildi – FOTOLAR https://paraqraf.com/2026/03/04/t%c9%99hsilplus-kartinin-t%c9%99qdimat-m%c9%99rasimi-kecirildi/ Wed, 04 Mar 2026 16:58:55 +0000 https://paraqraf.com/?p=27659 PAYLAŞIN:Təhsil işçiləri üçün nəzərdə tutulan TəhsilPlus kartının təqdim olunma mərasimi təşkil edilib. Tədbirdə çıxış edənlər layihənin əsas məqsədinin

The post TəhsilPlus kartının təqdimat mərasimi keçirildi – FOTOLAR appeared first on Paraqraf.com.

The post TəhsilPlus kartının təqdimat mərasimi keçirildi – FOTOLAR appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Təhsil işçiləri üçün nəzərdə tutulan TəhsilPlus kartının təqdim olunma mərasimi təşkil edilib.

Tədbirdə çıxış edənlər layihənin əsas məqsədinin təhsil sahəsində çalışan əməkdaşların sosial rifahının yaxşılaşdırılması, onlara müxtəlif güzəşt və imtiyazların təqdim edilməsi olduğunu bildiriblər. Qeyd olunub ki, TəhsilPlus kartı vasitəsilə müəllimlər və digər təhsil işçiləri bir sıra xidmət və məhsullardan xüsusi endirimlərlə yararlana biləcəklər.

Mərasimdə kartın funksiyaları, üstünlükləri və istifadə qaydaları barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Sonda bir qrup təhsil işçisinə TəhsilPlus kartı təqdim edilib.

Возможно, это изображение текст

Возможно, это изображение один или несколько человек

Paraqraf.com

Loading

The post TəhsilPlus kartının təqdimat mərasimi keçirildi – FOTOLAR appeared first on Paraqraf.com.

The post TəhsilPlus kartının təqdimat mərasimi keçirildi – FOTOLAR appeared first on Paraqraf.com.

]]>
27659
SDU məzunu Fərid Bağırzadə nazir təyin olundu https://paraqraf.com/2026/03/04/sdu-m%c9%99zunu-f%c9%99rid-bagirzad%c9%99-nazir-t%c9%99yin-olundu/ Wed, 04 Mar 2026 16:55:39 +0000 https://paraqraf.com/?p=27656 PAYLAŞIN:Sumqayıt Dövlət Universitetinin məzunu Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nazir

The post SDU məzunu Fərid Bağırzadə nazir təyin olundu appeared first on Paraqraf.com.

The post SDU məzunu Fərid Bağırzadə nazir təyin olundu appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Sumqayıt Dövlət Universitetinin məzunu Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nazir təyin olunub.

Fərid Bağırzadə universitetin Mühəndislik fakültəsinin “İdarəetmədə informasiya sistemləri” ixtisası üzrə magistr pilləsini bitirib.

Universitet kollektivi məzunlarını yüksək vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayıb.

Həsən

Paraqraf.com

Loading

The post SDU məzunu Fərid Bağırzadə nazir təyin olundu appeared first on Paraqraf.com.

The post SDU məzunu Fərid Bağırzadə nazir təyin olundu appeared first on Paraqraf.com.

]]>
27656
“Ünvanlı sosial yardım həqiqətən ehtiyacı olana çatır? – Deputatdan diqqətçəkən açıqlama” https://paraqraf.com/2026/03/04/unvanli-sosial-yardim-h%c9%99qiq%c9%99t%c9%99n-ehtiyaci-olana-catir-deputatdan-diqq%c9%99tc%c9%99k%c9%99n-aciqlama/ Wed, 04 Mar 2026 16:41:53 +0000 https://paraqraf.com/?p=27647 PAYLAŞIN:Azərbaycanda ünvanlı sosial yardım (ÜDSY) aztəminatlı ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə gəlirləri yaşayış minimumundan aşağı olan ailələrə Əmək

The post “Ünvanlı sosial yardım həqiqətən ehtiyacı olana çatır? – Deputatdan diqqətçəkən açıqlama” appeared first on Paraqraf.com.

The post “Ünvanlı sosial yardım həqiqətən ehtiyacı olana çatır? – Deputatdan diqqətçəkən açıqlama” appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Azərbaycanda ünvanlı sosial yardım (ÜDSY) aztəminatlı ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə gəlirləri yaşayış minimumundan aşağı olan ailələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən dövlət maliyyə dəstəyidir. 2026-cı ilin əvvəlinə bu yardım 76 min 100-dən çox ailəni əhatə edib. 2018-ci illə müqayisədə ödənişin orta məbləği artaraq 422 manata çatıb. Proqramın əsas məqsədi həqiqətən ehtiyacı olan ailələrə ünvanlı dəstəyin göstərilməsidir.

Milli Məclisin deputatı Azər Badamov “Paraqraf.com”a açıqlamasında bildirib ki, ünvanlı sosial yardım aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yönəlib:

Azər Badamovun Rusiyaya buraxılmamasının səbəbi açıqlanıb

“Proqram Nazirlik tərəfindən həyata keçirilir və gəliri yaşayış minimumundan aşağı olan ailələrə maliyyə dəstəyi göstərilir. Məqsəd sosial ədalətin təmin olunması və həssas qrupların qorunmasıdır. Ünvanlılıq prinsipi yardımın hər kəsə deyil, müəyyən meyarlara cavab verən ailələrə verilməsini nəzərdə tutur. Ailənin gəlirləri, əmlakı, üzvlərinin sayı və sosial statusu elektron sistem vasitəsilə qiymətləndirilir ki, bu da subyektiv qərarların qarşısını almağa xidmət edir.

Rəsmi məlumatlara əsaslanan qiymətləndirmə mexanizmi obyektivliyi artırır. Lakin qeyri-rəsmi məşğulluq və gizli gəlirlər ünvanlılığın effektivliyinə təsir göstərə bilər. Digər tərəfdən, bəzi həqiqətən ehtiyaclı ailələr sənədləşmə çətinlikləri və ya mövcud meyarların sərtliyi səbəbindən yardım proqramından kənarda qala bilirlər.

Yardımın orta məbləği əvvəlki illərlə müqayisədə artsa da, bazar qiymətləri və inflyasiya fonunda onun real təsiri dəyişə bilər. Bu baxımdan yaşayış minimumunun nə dərəcədə real hesablanması xüsusi əhəmiyyət daşıyır. Sosial siyasətdə ideal model olmasa da, sistemin davamlı təkmilləşdirilməsi, şəffaflıq və effektiv monitorinq əsas şərtlərdir. Əsas məqsəd isə yardımın həqiqətən ən çox ehtiyacı olan ailələrə çatmasını təmin etməkdir”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

The post “Ünvanlı sosial yardım həqiqətən ehtiyacı olana çatır? – Deputatdan diqqətçəkən açıqlama” appeared first on Paraqraf.com.

The post “Ünvanlı sosial yardım həqiqətən ehtiyacı olana çatır? – Deputatdan diqqətçəkən açıqlama” appeared first on Paraqraf.com.

]]>
27647
Ötən ay Azərbaycanda 98 aptekdə yoxlama aparılıb, 31-də nöqsan aşkarlanıb https://paraqraf.com/2026/03/04/ot%c9%99n-ay-az%c9%99rbaycanda-98-aptekd%c9%99-yoxlama-aparilib-31-d%c9%99-noqsan-askarlanib/ Wed, 04 Mar 2026 13:27:59 +0000 https://paraqraf.com/?p=27594 PAYLAŞIN:Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ümumilikdə 98 aptekdə yoxlama aparıb. Bu barədə Paraqraf.com-a AEM-dən məlumat verilib.

The post Ötən ay Azərbaycanda 98 aptekdə yoxlama aparılıb, 31-də nöqsan aşkarlanıb appeared first on Paraqraf.com.

The post Ötən ay Azərbaycanda 98 aptekdə yoxlama aparılıb, 31-də nöqsan aşkarlanıb appeared first on Paraqraf.com.

]]>
PAYLAŞIN:

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ümumilikdə 98 aptekdə yoxlama aparıb.

Bu barədə Paraqraf.com-a AEM-dən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub.

27594