Evren Alkaya ilə Azərbaycan Basketbol Federasiyası arasında əməkdaşlıq başa çatıb
Qadınlardan ibarət milli komandanın baş məşqçisi Evren Alkaya ilə Azərbaycan Basketbol Federasiyası arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.
Bu barədə Paraqraf.com-a ABF-dən məlumat verilib.
2022-ci ildən ABF-də fəaliyyət göstərən türkiyəli mütəxəssis bu müddətdə qadınlardan ibarət milliyə, həmçinin U-16, U-18 və U-20 qız yığmalarımıza rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandalarımızın başında yer alıb.
Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.
Evren Alkaya fəaliyyəti dövründə gənc basketbolçuların inkişafına və onların əsas milli komandaya hazırlanmasına xüsusi diqqət ayırıb.
Paraqraf.com
![]()