Ermənistanın sabiq maliyyə naziri iki ay müddətinə həbs edilib
Ermənistanın Antikorrupsiya məhkəməsi keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryanı iki ay müddətinə həbs edib.
Paraqraf.com Ermənistan mediasına istinadən xəbər verir ki, qərarı hakim Aram Qriqoryan qəbul edib.
Xaçatryan ötən gün saxlanılıb. Səhhətinə görə onu məhkəməyə xərəkdə gətiriblər.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, cinayət işi xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması faktları üzrə başlanıb. İstintaq çərçivəsində Xaçatryanın və oğlunun mənzillərində, həmçinin onlarla əlaqəli təxminən 21 şirkətin ofis və filiallarında axtarışlar aparılıb.
Paraqraf.com
![]()