Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiya Ukraynanın şəhərlərinə kütləvi zərbə endirib, onlarla ölən və yaralanan var
DÜNYA

Rusiya Ukraynanın şəhərlərinə kütləvi zərbə endirib, onlarla ölən və yaralanan var

01 Sentyabr 2026
PAYLAŞIN:

Rusiyanın Ukraynanın Kiyev, Xarkov vilayətlərinə və Zaporojyeyə raket və pilotsuz uçuş aparatı ilə hücumları nəticəsində 13 nəfər həlak olub, onlarla insan yaralanıb.

Paraqraf.com “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti, Daxili İşlər Nazirliyi və Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

Kiyev vilayətinə raket zərbəsi nəticəsində yaşayış evləri, mülki infrastruktur obyektləri və avtomobillər zədələnib, bəzi yerlərdə yanğınlar baş verib. Xilasedicilər 48 nəfəri təxliyə edib və 2 nəfəri dağıntılar altından çıxarıblar. İkisi uşaq olmaqla doqquz nəfər xəsarət alıb.

Borispol şəhərində iki nəfər həlak olub, üç nəfər xəsarət alıb. Bundan başqa, şəhərdə texniki xidmət stansiyasının binası zədələnib və orada bir nəfər həlak olub.

Zaporojye şəhəri və Zaporojye rayonuna hücumlar nəticəsində isə iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Bununla yanaşı, sentyabrın 1-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində səkkiz nəfər həlak olub, beş nəfər, o cümlədən üç uşaq yaralanıb.

Darnitsa rayonunda iki yerdə yanğın baş verib, yeddi nəfər həlak olub. Daha bir nəfər ağır vəziyyətdə xəstəxanadadır. Başqa bir ərazidə partlayış dalğası nəticəsində iki nəfər, o cümlədən bir uşaq yaralanıb.

Rusiya qüvvələri Qoloseyev rayonunda qeyri-yaşayış binasını vurub. Bir nəfər həlak olub, baş verən yanğın söndürülüb. Solomensk rayonunda PUA zərbəsi nəticəsində yaşayış evi qismən dağılıb. Xilasedicilər bir kişini təxliyə edib, bir qadını isə dağıntılar altından çıxarıblar.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Xarkova və vilayətin 15 yaşayış məntəqəsinə zərbələr endirib, nəticədə üç nəfər xəsarət alıb.

 

Paraqraf.com 

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

ŞƏT-ə sədrlik Qırğızıstandan Pakistana keçib

Next

Pezeşkian ŞƏT Sammitində yeni təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizəyə çağırış edib

Copyright 2026— Praqraf.com. All rights reserved