Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Bu gündən Azərbaycanda balıq ovu mövsümü açıq elan olunur
İQTİSADİYYAT

Bu gündən Azərbaycanda balıq ovu mövsümü açıq elan olunur

01 Sentyabr 2026
PAYLAŞIN:

Kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ve diger su bioresurslarının ovuna qoyulmuş moratoriumun müddəti başa çatır.

Paraqraf.com xəbər verir ki, sentyabrın 1-dən müəyyən edilmiş qaydalara uyğun olaraq balıq ovu müddəti açıq elan olunur.

Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovuna Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında tətbiq olunan moratorium sentyabrın 1-də başa çatır.

Beləliklə, bu gündən etibarən qeyd olunan su hövzələrində balıq ovu fəaliyyətinin həyata keçirilməsi üçün mövsüm açıq elan olunur. Balıq ovu ilə məşğul olan şəxslərin mövcud qaydaları diqqətlə nəzərə alması və ov fəaliyyətini yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməsi vacibdir.

Qanunsuz balıq ovunun qarşısının alınması və su bioresurslarının mühafizəsinin təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri çərçivəsində balıq ovu qaydalarına əməl olunmasına, qanunsuz ov hallarının qarşısının alınmasına və su bioresurslarının qorunmasına diqqət yetirilir.

Xatırladaq ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Balıqçılıq və Akvakulura Mərkəzi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri müəyyən edilmiş qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, həmçinin müvafiq balıqovlama bileti olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa çağırır.

Eyni zamanda, vətəndaşların su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları barədə Balıqçılıq və Akvakulura Mərkəzinə və Su Nəqliyyatında Polis İdarəsinə məlumat vermələri xahiş olunur. Vətəndaşların bu istiqamətdə göstərəcəyi dəstək balıq ehtiyatlarının mühafizəsinə və qanunsuz ov hallarının qarşısının alınmasına töhfə verəcək.

 

Paraqraf.com 

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

“Gəncə” amerikalı basketbolçu Nik Ellinqtonu heyətinə qatıb

Next

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib

Copyright 2026— Praqraf.com. All rights reserved