Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/Bu şəkər əvəzedicisi infarkt və insult riskini artırır
SAĞLAMLIQ

Bu şəkər əvəzedicisi infarkt və insult riskini artırır

31 Avqust 2026
PAYLAŞIN:

Şəkər əvəzedicisi olan ksilit saqqız, diş məcunu, yoqurt və dondurmaya tez-tez şirinləşdirici kimi əlavə edilir. Lakin araşdırmalar göstərir ki, ksilit orqanizm üçün düşünüldüyü qədər təhlükəsiz olmaya bilər.

Paraqraf.com xəbər verir ki, “The Guardian”ın yazdığına görə, bu günə qədər ksilitlə bağlı aparılmış ən geniş araşdırma qanda bu maddənin səviyyəsi yüksək olan insanlarda insult və ya infarkt ehtimalının daha yüksək olduğunu göstərib.

Tədqiqatçılar 17 710 nəfərin məlumatlarını təhlil edib və iştirakçıların qanında ksilit səviyyəsi ən yüksək olan 25 faizlik qrupla ən aşağı göstəriciyə malik 25 faizlik qrupu müqayisə ediblər.

Ksilit səviyyəsi ən yüksək olan insanlarda altı il ərzində ölüm, infarkt və ya insult ehtimalı ən aşağı səviyyəyə malik şəxslərlə müqayisədə 57 faiz daha yüksək olub. Hətta 30 il sonra insult və ya infarkt ehtimalı 18 faiz daha yüksək olaraq qalıb.

“Şirinləşdiricilər şəkərdən daha faydalı olduğunu düşünən insanlar tərəfindən istifadə edilir və tənzimləyici qurumlar da, bir qayda olaraq, onları təhlükəsiz hesab edir”, deyə tədqiqatın müəllifi, Berlindəki “Şarite” Universitet Klinikasının əməkdaşı Marko Vitkovski bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticələri ksilitin ürək-damar sisteminə təsiri barədə hələ nə qədər az məlumatın olduğunu da göstərir. Alim əlavə edib ki, xüsusilə qida məhsullarında istifadə edilən ksilitin miqdarı davamlı olaraq artdığı üçün əlavə tədqiqatların aparılması zəruridir.

Paraqraf.com 

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Sənaye zonalarında istehsalın həcmi artıb

Next

50 yaşdan sonra qadınlar bu vərdişdən qurtulmalıdır – Kardioloqlardan xəbərdarlıq

Copyright 2026— Praqraf.com. All rights reserved