Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Məkkə İttifaqı”nın ilk toplantısı İstanbulda keçiriləcək
DÜNYA

“Məkkə İttifaqı”nın ilk toplantısı İstanbulda keçiriləcək

30 Avqust 2026
PAYLAŞIN:

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanından ibarət “Məkkə İttifaqı”nın ilk toplantısı avqustun 31-də İstanbulda keçiriləcək.

Paraqraf.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri məlumat yayıb.

Toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səudun iştirakı gözlənilir.

Bildirilib ki, toplantı “Məkkə Birgə Müdafiə Sazişi” çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə strateji istiqamət vermək məqsədilə yaradılması nəzərdə tutulan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası olacaq.

Toplantıda beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, müdafiə imkanlarının inkişaf etdirilməsi, üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən birgə istehsal və tədqiqat-inkişaf layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, terrorla mübarizə sahəsində birgə səylərin gücləndirilməsi, ittifaqın müəyyən edəcəyi ümumi fəaliyyət istiqamətləri üzrə işləri əlaqələndirəcək Katibliyin və digər mexanizmlərin fəaliyyət çərçivəsinin müəyyənləşdirilməsi planlaşdırılır.

Toplantıda, həmçinin qarşıdakı dövrdə atılacaq addımlara dair yol xəritəsinin hazırlanması gözlənilir.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr qeyd edib ki, “Məkkə Birgə Müdafiə Sazişi” regionda təhlükəsizlik, sülh və sabitliyin möhkəmləndirilməsinə, məsələlərə əməkdaşlığa əsaslanan təhlükəsizlik yanaşması ilə baxılmasına, qarşıdurma əvəzinə sülh və rifahın prioritetləşdirilməsinə yönələn imkanlar yaradır.

 

Paraqraf.com 

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Çexiyada təyyarə qəzası olub, ölən var

Next

Zelenski: Rusiyanın hücumu nəticəsində Buçada 38 nəfər ölüb, 4 insan itkin düşüb

Copyright 2026— Praqraf.com. All rights reserved