Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq
İDMAN

Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq

30 Avqust 2026
PAYLAŞIN:

Misli Premyer Liqasında bu gün III turun daha iki qarşılaşması keçiriləcək.

Paraqraf.com xəbər verir ki, günün ilk matçında “Kəpəz” və “Turan Tovuz” komandaları üz-üzə gələcəklər.

Gəncə şəhər stadionunda təşkil olunacaq oyuna saat 18:00-da start veriləcək.

“Turan Tovuz” 4 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Heç bir xalı olmayan Gəncə klubu isə sonuncu – 12-cidir.

Günün digər qarşılaşmasında isə “Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçın start fiti saat 20:15-də səslənəcək.

Hərəyə 6 xal əldə edən “Neftçi” ilə “Zirə” komandaları müvafiq olaraq 1 və 2-ci pillərdə qərarlaşıblar.

Misli Premyer Liqası

I dövrə, III tur

30 avqust

18:00. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.

VAR: Əli Əliyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Gəncə şəhər stadionu

20:15. “Zirə” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında “İmişli” “Şəfa”nı məğlub edib – 1:0. “Qəbələ” – “Şamaxı” görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.

 

Paraqraf.com 

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Yeni dərman mədəaltı vəzi xərçəngində sağqalma müddətini ikiqat artırır

Next

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli olub

Copyright 2026— Praqraf.com. All rights reserved