Azərbaycan milli irsinin müasir moda elementləri ilə sintezini əsas yaradıcılıq istiqamətlərindən biri kimi müəyyənləşdirən ARIFA ETHNO brendi Sea Breeze-də keçirilən sərgidə ilk dəfə iştirak edib.
Bu barədə brendin yaradıcısı Arifə xanım Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
Sərgidə ARIFA ETHNO tərəfindən hazırlanmış kolleksiyalar təqdim olunub. Kolleksiyalarda Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin mühüm elementləri olan xalça ornamentləri, milli naxışlar və ənənəvi motivlər müasir dizayn yanaşmaları ilə işlənərək moda nümunələrinə inteqrasiya edilib.
Brendin sərgidə iştirakı Azərbaycan milli irsinin qorunması, onun müasir yaradıcılıq və moda platformalarında təbliği baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilə bilər. ARIFA ETHNO milli-mədəni dəyərləri yalnız tarixi irs kimi deyil, eyni zamanda müasir estetik düşüncənin və yaradıcı sənayenin mühüm komponenti kimi təqdim edir.
Sea Breeze-də təşkil olunan sərgi yerli moda və dizayn nümunələrinin daha geniş auditoriyaya təqdim edilməsi, Azərbaycan milli ornamentlərinin müasir moda sənayesində tanıdılması və yaradıcı brendlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından da diqqət çəkir.
ARIFA ETHNO-nun ilk dəfə iştirak etdiyi sərgi brendin milli irslə müasir modanın vəhdətini nümayiş etdirən yaradıcılıq konsepsiyasının təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır.
Subyekt.az kollektivi olaraq ARIFA ETHNO brendinin yaradıcısı Arifə xanım Əliyevanı bu əlamətdar uğur münasibətilə təbrik edir, ona yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayırıq.





![]()