Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli olub
İDMAN

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli olub

30 Avqust 2026
PAYLAŞIN:

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” komandasının yer aldığı 5-ci qrupun bütün iştirakçıları müəyyənləşib.

Paraqraf.com xəbər verir ki, ilkin mərhələ qarşılaşmalarından sonra C qrupunun qalibi “Buba Mara” (Bosniya və Herseqovina) və D qrupunun lideri “Uypeşt” (Macarıstan) Naxçıvan təmsilçisinin rəqibləri olublar.

Püşkatmanın nəticəsinə əsasən, 5-ci qrupa E qrupunun qalibi qoşulmalı idi. Lakin həmin qrupda Ermənistan çempionu “Unisport” birinci yeri tutub. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməyəcəyi üçün E yox, D qrupunun birincisi 5-ci qrupa vəsiqə qazanıb.

Beləliklə Polşada keçiriləcək bu mərhələnin oyunlarında Azərbaycan təmsilçisi ilə yanaşı “Piast” (Polşa), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) komandaları güclərini sınayacaqlar.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu turnirdə sayca 21-ci dəfə iştirak edəcək və bu göstəricidə yalnız Qazaxıstanın “Kayrat” klubundan geri qalır. Turnir oktyabrın 27-dən noyabrın 1-dək təşkil olunacaq.

 

Paraqraf.com 

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq

Next

Azərbaycanın deflimpiyaçı cüdoçusu Aydın Əzizov İsveçrədə keçirilən turnirdə gümüş medal qazanıb

Copyright 2026— Praqraf.com. All rights reserved