Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İlham Əliyev: Özbəkistanla ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi bizim üçün prioritetlərdən biridir
SİYASƏT

İlham Əliyev: Özbəkistanla ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi bizim üçün prioritetlərdən biridir

29 Avqust 2026
PAYLAŞIN:

Özbəkistanla ikitərəfli əlaqələrin bundan sonra da hərtərəfli inkişaf etdirilməsi və dərinləşdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Şavkat Mirziyoyevə Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə göndərdiyi təbrikdə deyilir.

Dövlət başçısı qeyd edib ki, Ortaq tarixi-mədəni tellər, sarsılmaz dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri bu gün özünün ən yüksək zirvəsində yer alıb:

“Özbəkistanla ikitərəfli əlaqələrimizin bundan sonra da hərtərəfli inkişaf etdirilməsi və dərinləşdirilməsi bizim üçün prioritet məsələlərdən biridir. Şadam ki, birgə səylərimiz nəticəsində dövlətlərarası əlaqələrimiz və müttəfiqliyimiz gündən-günə daha da möhkəmlənir, çoxşaxəli əməkdaşlığımız yeni praktiki məzmunla zənginləşir. Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Özbəkistan birliyini qoruyub saxlamaq, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək, müttəfiqliyimizi daim gücləndirmək yolunda üzərimizə düşən şərəfli missiyanı bundan sonra da birgə səylərimizlə uğurla yerinə yetirməyə davam edəcəyik”.

 

Paraqraf.com 

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Next

Tərtərdə kişi su kanalında boğulub

Copyright 2026— Praqraf.com. All rights reserved