Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda nağdsız ödənişlər il ərzində 14 % artıb
İQTİSADİYYAT

Azərbaycanda nağdsız ödənişlər il ərzində 14 % artıb

29 Avqust 2026
PAYLAŞIN:

Bu ilin iyul ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 13,9 % artaraq 9 milyard 712 milyon manat təşkil edib.

Paraqraf.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,455 milyard manatı (87,1 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 255 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,8 %-ni təşkil edib.

Bu il iyulun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 785 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,1 % az, ilin əvvəlinə nisbətən 3,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 8,95 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 10,5 % artaraq 20,761 milyon, kredit kartlarının sayı isə 4,7 % azalaraq 2,045 milyon olub. İyulda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 13,524 milyard manat (illik müqayisədə 8 % çox) və 703 milyon manat (-12,8 %) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 4,4 %, POS-terminalların sayı isə 12,1 % artaraq müvafiq olaraq 3 593 ədəd (Bakı üzrə 1 934 ədəd) və 165 334 ədəd (Bakı üzrə 100 096 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur – “Visa İnternational”, “MasterCard İnternational”, “American Express”, “Diners Club İnternational” və “JCB Card”dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

 

Paraqraf.com 

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb

Next

Azərbaycan banklarının xalis xarici aktivləri 21 %-ə yaxın artıb

Copyright 2026— Praqraf.com. All rights reserved