Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Səbail rayonunun məktəblərində şagirdlərin rentgen müayinəsi təşkil olunub
CƏMİYYƏTMANŞET

Səbail rayonunun məktəblərində şagirdlərin rentgen müayinəsi təşkil olunub

25 Avqust 2026
PAYLAŞIN:

“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi tərəfindən məktəblilərin sağlamlığının qorunması və xəstəliklərin erkən aşkarlanmasına dəstək məqsədilə Səbail rayonunda yerləşən məktəblərdə tibbi müayinələr təşkil olunub.

Aparılan işlər çərçivəsində məktəblərdə rentgen müayinələrinin keçirilməsi üçün müvafiq tibbi avadanlıqların gətirilməsi təmin edilib. Bununla da məktəblilərin yerində tibbi müayinədən keçirilməsinə şərait yaradılıb.

Layihənin əsas məqsədi şagirdlərin sağlamlıq vəziyyətinin yoxlanılması, xüsusilə tənəffüs sistemi ilə bağlı problemlərin vaxtında müəyyənləşdirilməsinə imkan yaradılması və profilaktik tibbi müayinələrin əhəmiyyətinin artırılmasıdır.

“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi hesab edir ki, uşaqlar və yeniyetmələr arasında profilaktik tibbi müayinələrin keçirilməsi sağlam nəslin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə müayinələr mümkün sağlamlıq problemlərinin erkən mərhələdə müəyyənləşdirilməsinə və vaxtında müvafiq tibbi tədbirlərin görülməsinə imkan yaradır.

Birliyin səhiyyə yönümlü fəaliyyətində əhalinin, xüsusilə də uşaqların sağlamlığının qorunması, tibbi maarifləndirmənin gücləndirilməsi və profilaktik tədbirlərin təşviqi xüsusi yer tutur.

“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən bu təşəbbüs də məktəblilərin sağlamlığının diqqətdə saxlanılmasına və profilaktik səhiyyə tədbirlərinin genişləndirilməsinə xidmət edir.

Paraqraf.com

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Paşinyan TRIPP-in marşrutunu açıqladı – Azərbaycandan Naxçıvana yol belə keçəcək

Next

Oğuz rayonunun üç kəndində içməli su təminatının yaxşılaşdırılmasına dəstək göstərilib

Copyright 2026— Praqraf.com. All rights reserved