Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Oğuz rayonunun üç kəndində içməli su təminatının yaxşılaşdırılmasına dəstək göstərilib
CƏMİYYƏTMANŞET

Oğuz rayonunun üç kəndində içməli su təminatının yaxşılaşdırılmasına dəstək göstərilib

25 Avqust 2026
PAYLAŞIN:

“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi tərəfindən əhalinin sağlam və təhlükəsiz içməli su ilə təmin olunması istiqamətində mühüm layihələrdən biri həyata keçirilib. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Oğuz rayonunun üç kəndində su xəttinin çəkilməsi təmin olunub.

Layihənin əsas məqsədi kənd sakinlərinin içməli suya çıxış imkanlarının yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və sağlamlıq üçün vacib olan su təminatının daha əlçatan olmasıdır. Layihənin həyata keçirilməsinə 50 000 ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərilib.

Su təminatının yaxşılaşdırılması kənd əhalisinin gündəlik həyatında mühüm əhəmiyyət daşımaqla yanaşı, sanitar-gigiyenik şəraitin qorunmasına və sağlamlığın mühafizəsinə də müsbət təsir göstərir.

Layihənin reallaşdırılmasında göstərdiyi maliyyə dəstəyinə görə Yaponiya səfirliyinə təşəkkürünü bildirən “Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi bu cür sosial və səhiyyə yönümlü layihələrin əhali üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayır.

Oğuz rayonunun üç kəndinin sakinləri isə su xəttinin çəkilməsini yüksək qiymətləndirərək layihənin həyata keçirilməsinə görə öz təşəkkürlərini bildiriblər.

“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi əhalinin sağlamlığının qorunmasına, yaşayış şəraitinin yaxşılaşdırılmasına və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirir.

 

Paraqraf.com

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Səbail rayonunun məktəblərində şagirdlərin rentgen müayinəsi təşkil olunub

Next

Suriyada böyük oyun başlayır – SON DƏQİQƏ!

Copyright 2026— Praqraf.com. All rights reserved