Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Vərəm xəstələrinin müalicəsində qidalanma və yaşayış şəraitinin əhəmiyyəti
CƏMİYYƏTSAĞLAMLIQ

Vərəm xəstələrinin müalicəsində qidalanma və yaşayış şəraitinin əhəmiyyəti

24 Avqust 2026
PAYLAŞIN:

Vərəm xəstələrinin müalicəsində dərman müalicəsi ilə yanaşı, düzgün qidalanma, yaşayış şəraiti və mütəmadi tibbi nəzarət də mühüm əhəmiyyət daşıyır. Bu barədə “Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyinin sədri, vərəm xəstəlikləri üzrə həkim Taryel Həsənov bildirib.

Həkimin sözlərinə görə, vərəm xəstələri müalicə müddətində mütəmadi tibbi müayinələrdən keçməli və həkim nəzarətində olmalıdırlar. Müalicə rejiminə düzgün əməl edilməsi xəstənin sağlamlığının bərpası baxımından vacib şərtlərdən biridir.

“Xəstələrin qidalanmasına xüsusi diqqət yetirilməlidir. Gündəlik qida rasionu kifayət qədər qidalı və balanslı olmalı, orqanizmin ehtiyac duyduğu zəruri qida maddələrinin qəbuluna diqqət edilməlidir. Qidalanma xəstənin ümumi vəziyyətinə uyğun şəkildə təşkil olunmalıdır”, – deyə həkim qeyd edib.

Mütəxəssis yaşayış şəraitinin də müalicə prosesində diqqətdə saxlanılmalı olduğunu vurğulayıb. Xəstənin yaşadığı otaq təmiz, səliqəli və mütəmadi havalandırılan olmalı, sanitar-gigiyenik qaydalara ciddi əməl edilməlidir. Otağın günəş işığı alması və kifayət qədər işıqlı olması da sağlam yaşayış mühitinin təmin edilməsi baxımından əhəmiyyətlidir.

Həkimin fikrincə, vərəmlə mübarizədə yalnız müalicə deyil, əhalinin düzgün maarifləndirilməsi də mühüm rol oynayır. Xəstələrin və ailə üzvlərinin sağlamlıqla bağlı düzgün məlumatlandırılması, vaxtında tibbi müayinələrin təşviqi, düzgün qidalanma və sanitar-gigiyenik qaydalara əməl olunması profilaktik tədbirlərin əsas istiqamətlərindəndir.

“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi səhiyyə və ictimai sağlamlıq sahəsində maarifləndirmə fəaliyyətlərini davam etdirərək əhali arasında sağlamlığın qorunmasına və xəstəliklərin profilaktikasına yönəlmiş təşəbbüslərə dəstək göstərir.

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Bakustyle: avtomobil bloqundan nəqliyyat mediasına doğru

Next

Daşkənd səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək üfüqlərini müəyyənləşdirdi

Copyright 2026— Praqraf.com. All rights reserved