Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 40 nəfərə çatıb
Böyük Tokio ərazisində baş verən 5,9 maqnitudada zəlzələ nəticəsində xəsarət alanların sayı təxminən 40 nəfərə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Paraqraf.com-un Yaponiya Yanğından Mühafizə Xidmətinə istinadən məlumatına görə, zəlzələ avqustun 23-ü gecə baş verib.
Zərərçəkənlərin əksəriyyəti evlərində qançırlar və xəsarətlər alıb.
Paraqraf.com
![]()