Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Uşaq inkişaf forumu II” maraqlı və interaktiv formatda keçirilib – FOTOLAR
CƏMİYYƏT

“Uşaq inkişaf forumu II” maraqlı və interaktiv formatda keçirilib – FOTOLAR

23 Avqust 2026
PAYLAŞIN:

23 avqust 2026-cı il tarixində Bakı Gənclər Mərkəzində Landau Nəşriyyat Evinin və Simurq liseyinin baş sponsorluğu ilə “Uşaq inkişaf forumu II – Hekayədən həyata…” adlı tədbir keçirilib.

Tədbir maraqlı və interaktiv formatda təşkil olunub. Proqram çərçivəsində iştirakçılara müxtəlif videomateriallar təqdim edilib, uşaqların fəal iştirakı ilə maraqlı müzakirələr və interaktiv təqdimatlar keçirilib.

Tədbirin diqqətçəkən məqamlarından biri ədəbi əsərlərin süni intellekt texnologiyası vasitəsilə fərqli formatda təqdim edilməsi olub. Ekranda nümayiş etdirilən əsərlər haqqında məlumatlar süni intellekt vasitəsilə həmin əsərlərin müəlliflərinin dilindən təqdim olunub. Bu yanaşma ədəbiyyatla müasir texnologiyaların vəhdətini nümayiş etdirərək uşaqların tədbirə marağını daha da artırıb.

Tədbir zamanı uşaqlar müxtəlif əsərlər barədə məlumat əldə edib, öz fikir və təəssüratlarını bölüşüblər. İnteraktiv format iştirakçıların prosesə daha fəal qoşulmasına imkan yaradıb.

Sonda tədbirdə fəal iştirak edən uşaqlara Landau Nəşriyyat Evi tərəfindən hədiyyələr təqdim olunub.

Tədbir uşaqların mütaliəyə, ədəbiyyata və müasir texnologiyalara marağının artırılması baxımından maraqlı və yaddaqalan olub.

Şəlalə Camal

Paraqraf.com

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Müxtəlif yaşlarda normal təzyiq neçə olmalıdır və necə düzgün ölçmək olar?

Next

Azərbaycan–Özbəkistan arasında yüksək səviyyəli münasibətlər mədəniyyət və incəsənət sahəsində yeni əməkdaşlıq imkanları açır

Copyright 2026— Praqraf.com. All rights reserved