Zəka Mirzəyev Tovuzda vətəndaş qəbulu keçirib
Dövlət Sosial Müdafiə Fondu (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Tovuz rayonunda vətəndaşları qəbul edib.
Bu barədə Paraqraf.com-a fonddan məlumat verilib.
Bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri əsasən pensiya, sosial müavinətlər, təqaüdlər, ünvanlı dövlət sosial yardımı, həmçinin sosial sığorta və fərdi uçot məsələləri ilə bağlı olub.
Müraciətlərin hər biri qeydiyyata alınıb. Bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin araşdırılaraq həlli ilə bağlı isə DSMF-nin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
Paraqraf.com
![]()