Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Şəhid Vüsal Xəlilovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib
CƏMİYYƏT

Şəhid Vüsal Xəlilovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

17 Avqust 2026
PAYLAŞIN:

16 avqust 2026-cı il, Bakı — “Həmvətənlərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Xəlilov Vüsal Ədalət oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbir 16 avqust tarixində “Bənövşə” restoranında baş tutub. Tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri, ziyalılar və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Həmvətənlərə Dəstək” İctimai Birliyinin sədri Simarə Süleymanova şəhidlərin xatirəsinin daim yaşadılmasının, onların keçdiyi şərəfli yolun gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Daha sonra şəhid Vüsal Ədalət oğlu Xəlilovun həyat və döyüş yolu haqqında məlumat verilib.

Qeyd olunub ki, Vüsal Xəlilov 18 dekabr 1972-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. Xırdalan şəhərindəki 2 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra zabit olmaq arzusu ilə Cəmşid Naxçıvanski adına hərbi məktəbə sənədlərini təqdim edib. Daha sonra Bakıdakı 8 saylı texniki peşə məktəbini bitirib. 1991-ci ildə hərbi xidmətə çağırılan Vüsal Xəlilov Belarus Respublikasının paytaxtı Minsk şəhərində 7 ay xidmət etdikdən sonra Azərbaycana qayıdıb və Milli Ordunun sıralarına qoşulub.

Vüsal Xəlilov Şuşa, Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndi uğrunda gedən döyüşlər zamanı düşmənin “Qrad” qurğusundan atılan mərmi nəticəsində ürək nahiyəsindən və başından ağır yaralanıb. 11 avqust 1996-cı ildə isə döyüş zamanı aldığı mərmi yarasının yaratdığı fəsadlar nəticəsində vəfat edib.

Tədbirdə şəhidin anası Tahirə xanım və qardaşı Hüseyn bəy çıxış edərək Vüsal Xəlilovun həyatından, onun Vətənə bağlılığından və ailəsi üçün əziz xatirəsindən danışıblar.

Həmçinin tədbirdə “Həmvətənlərə Dəstək” İctimai Birliyinin icraçı direktoru Həsən Məmmədov, Abşeron rayon üzrə Qarabağ qaziləri və şəhid ailələri ictimai birliyinin sədri, Qarabağ Futbol Federasiyasının prezidenti, I Qarabağ müharibəsi iştirakçısı Elman Həsənov, Azər Əsgərov, II Vətən müharibəsi veteranı, ehtiyatda olan mayor Kəyan Əhmədov çıxış ediblər.

Çıxışlarda şəhidlərin göstərdiyi qəhrəmanlığın Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı, onların Vətən sevgisinin və fədakarlığının gənc nəsil üçün örnək olduğu bildirilib.

Tədbirin bədii hissəsində gənc müğənni Həbib Allahverdiyev və müğənni Vəsilə xanım musiqi ifaları ilə çıxış ediblər.

Sonda şəhidlərin əziz xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb, tədbirin təşkilində və keçirilməsində əməyi olan hər kəsə təşəkkür bildirilib.

“Həmvətənlərə Dəstək” İctimai Birliyi şəhidlərin xatirəsinin yaşadılmasının, şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsinin bundan sonra da əsas fəaliyyət istiqamətlərindən biri olacağını bildirib.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirildi – FOTOLAR

Next

Azərbaycan 7 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib

Copyright 2026— Praqraf.com. All rights reserved