Vens: ABŞ-nin İranla müharibədə əsas məqsədi neftin qiymətinin aşağı olmasıdır
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens neft qiymətlərinin aşağı saxlanılmasını Vaşinqtonun İranla qarşıdurmada əsas məqsədi adlandırıb.
Paraqraf.com xəbər verir ki, bu barədə o, “Fox News” telekanalının efirində bildirib.
“Bilirəm ki, bu gün neft ucuzlaşıb və o, münaqişənin əvvəlindəki maksimumlardan çox aşağıdır. Bir nömrəli məqsəd: bütün ölkəmiz üzrə amerikalılar üçün neft və qazı ucuz saxlamaqdır”, – Vens bildirib.
Onun sözlərinə görə, ikinci məqsəd İranın heç vaxt öz nüvə silahına malik olmayacağına dair zəmanət əldə etməkdir.
Bundan əvvəl Vens bildirmişdi ki, son günlər Tehranla aparılan danışıqlarda müəyyən irəliləyişə nail olunub. Onun sözlərinə görə, İran münaqişənin başa çatmasında maraqlıdır, lakin danışıqların nəticəsi Vaşinqtonu qane edəcək şərtləri qəbul etmək bacarığından asılı olacaq.
Paraqraf.com
![]()