Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Media: CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb
DÜNYA

Media: CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb

14 Avqust 2026
PAYLAŞIN:

ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İsrailə səfəri zamanı İrana endirilən zərbələri bərpa etməyə çağırıb.

Paraqraf.com xəbər verir ki, bu barədə İsrailin 13-cü telekanalı məlumat yayıb.

Kuper ötən həftə İsrailə səfər edib və İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli hərbçilərlə birlikdə İMQ-nin ali əməliyyat forumunun iclasında iştirak edib.

Telekanalın məlumatına görə, amerikalı admiral İsrail hərbçilərinə İrana qarşı hərbi əməliyyatları bərpa etməyin və qaz, neft və energetika sahələrinin müəssisələri də daxil olmaqla, milli infrastruktur obyektlərinə zərbələr endirməyin zəruri olduğunu bildirib.

“İrandakı infrastruktura hücumlar oyunun qaydalarını dəyişəcək və əhəmiyyətli zərər verəcək. İndiki vəziyyətdə iranlılar öz mövqelərini dəyişməyəcəklər”, – Kuper bildirib.

Hərbi rəhbər həmçinin qeyd edib ki, ola bilsin, ABŞ-nin də İrana qarşı hərbi əməliyyatları bərpa etməkdən başqa seçimi olmayacaq.

Daha əvvəl iranlı mənbə “Reuters”ə bildirib ki, ABŞ ilə atəşkəsin uzadılması danışıqları aparılmır. Onun sözlərinə görə, Tehran hesab edir ki, atəşkəs faktiki olaraq qüvvəyə minməyib, çünki razılaşma əldə olunduqdan 48 saat sonra Vaşinqton onu pozub.

Paraqraf.com

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Vens: ABŞ-nin İranla müharibədə əsas məqsədi neftin qiymətinin aşağı olmasıdır

Next

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Copyright 2026— Praqraf.com. All rights reserved